Əli Fəhmi dünyası
Gənc yazar Yeqzar Cəfərlinin kitabı işıq üzü gördü
Azərbaycanın tanınmış ziyalılarından olan ədəbiyyatşünas, şərqşünas alim Əli Fəhminin həyat və yaradıcılığından bəhs edən "Əli Fəhmi dünyası"
adlı
kitabın təqdimatı olub.
Təqdimatda çıxış
edən ziyalılar Əli Fəhminin həyat və yaradıcılığına qısa
ekskurs edib, onunla bağlı xatirələrdən söz
açıb, kitabın
ərsəyə gəlməsini
müsbət qiymətləndiriblər.
Kitabın müəllifi
Yeqzar Cəfərli Əli Fəhminin yalnız adını eşitdiyini deyərək,
bu işə onun əlyazmaları, haqqındakı xatirələrlə
Y.Cəfərlinin sözlərinə
görə, cəmi
56 il yaşayan,
lakin özündən
sonra unudulmaz xatirələr qoyan Ə.Fəhmi olduqca ləyaqətli və şərəfli ömür
yaşayıb: "Qurani-Kərimin,
İslam dini ehkamlarının, Şərq
poeziyasının, əruzun
və muğamın gözəl bilicisi olub. Bu gün
Əli Fəhmi onu tanıyanların xatirəsində belə yaşayır".
Müəllif Azərbaycan ədəbiyyatında
klassik poeziyanı, əruzu gözəl bilən alimlərimizin çox olduğunu, ancaq onların heç birinin Qurani-Kərimi, İslam hüquq və şəriət məktəblərini
Əli Fəhmi qədər dərindən
bilmədiyini deyib.
Qeyd edək ki, kitabın
müəllifi Yeqzar Cəfərli Azərbaycan
Universitetinin filologiya fakultəsinin 3-cü kurs tələbəsidir. İngilis və ərəb dillərini bilən Y.Cəfərli ölkə mətbuatında onlarla məqalənin müəllifidir.
AYTƏN
Ekspress.- 2011.- 6 aprel.- S. 14.