Nazir İSESCO-nun
baş direktoru ilə
görüşdü
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə
olan İSESCO Təşkilatının
baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə
görüşüb.
APA-nın məlumatına
görə, təşkilat
rəhbərinin Bakıya
səfəri aprelin 7-dən
9-dək paytaxtda keçiriləcək
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak etməkdir. Görüşdə Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin əhəmiyyətindən
danışılıb. Əbdüləziz bin
Osman əl-Tüveycri
bu cür beynəlxalq tədbirlərinin təşkilini
ölkələrarası qarşılıqlı dostluq və əməkdaşlıqların qurulmasında vacib addım kimi qiymətləndirib.
Qonağı salamlayan
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev sabahdan start götürəcək
forumdan söz açıb. Nazir qeyd
edib ki, bu forumda dünyanın beş qitəsindən qonaqların iştirakı çox
sevindirici haldır: "Çoxsaylı
qonaqların iştirakı ölkələr arasında hər
bir sahələr üzrə əlaqələrin qurulmasına
vüsət yaradacaq. Bu
hal da bizləri
fərəhləndirməyə bilməz.
Forumun yüksək səviyyədə baş
tutması üçün
çox maraqlı proqram hazırlanıb. Çox
hörmətli qonaqlarımız
forumda iştirakla bərabər,
Azərbaycan mədəniyyəti ilə yaxından
tanış olmaq imkanı
qazanacaqlar".
Ə.Qarayev İSESCO rəhbərinə Azərbaycanın həyata
keçirdiyi bu cür mötəbər layihələrə hər
zaman dəstək olduqları üçün
minnətdarlığını bildirib.
Ekspress.- 2011.- 7 aprel.-
S.14.