Nazir şərtləri
açıqladı
Əbülfəs
Qarayev UNESCO-nun fakt-araşdırıcı missiyasının
Dağlıq Qarabağa səfəri
ilə bağlı açıqlama verdi
"Dağlıq Qarabağa səfər
edəcək UNESCO-nun faktaraşdırıcı
missiyasının funksiyası aydın olsa da, tərkibi və səfərin
vaxtı müəyyənləşməyib. Çünki
bu səfər
qarşılıqlı anlaşma əsasında həyata
keçirilməlidir. Qarşılıqlı anlaşma olmadığına
görə faktaraşdırıcı
missiyanın Azərbaycana gəlməsi qeyri-mümkündür".
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayev deyib.
Nazir səfərin təşkili ilə bağlı Azərbaycan tərəfinin tələblərini də açıqlayıb:
"Bizim tələbimiz ondan ibarətdir ki, araşdırıcı komissiya mədəni irsin vəziyyətini
öyrənmək istəyirsə, işğal olunmuş torpaqlarımızla yanaşı, eyni zamanda, Ermənistan və Azərbaycana gəlməli və bütün
vəziyyəti təhlil etməlidir.
İkinci
şərtimiz odur ki, missiya Dağlıq
Qarabağa Azərbaycan tərəfdən
keçməlidir".
Əbülfəs Qarayev Ermənistanın beynəlxalq sərgilərdə
Dağlıq Qarabağı
öz əraziləri
kimi təqdim etməsinə də münasibət bildirib:
"Guya Xankəndidə
turizm mərkəzləri
yaradılacaq və gələcəkdə ora
turistlər cəlb olunacaq. Ermənistan beynəlxalq
sərgilərdə öz
stendlərində Dağlıq
Qarabağı da öz
əraziləri kimi təqdim edir. Guya ora səfərlər
təşkil edirlər. İşğal altında olan ərazilərə
kim gedəcək? Erməni diasporunun böyük imkanları var, belə səfərləri
təşkil etmək prinsipcə mümkündür.
Lakin bu, beynəlxalq qanunlara zidd olan bir məsələdir.
Burada biz tam əminik ki, Ümumdünya Turizm Təşkilatı bu
hərəkətləri pisləyir, bizim mövqeyimizi dəstəkləyirlər.
Azərbaycanın mədəniyyət və turizm naziri vəzifəsini
icra edən şəxs kimi bütün dünyaya
tövsiyə edirəm ki, Ermənistana
gedərkən Dağlıq Qarabağa getməyin. Çünki
Dağlıq Qarabağ Azərbaycan
torpağıdır və sizin
ora getməyiniz qanunsuzdur".
Ekspress.-2011.-8
aprel.-S.14.