Əbülfəs
Qarayev çex həmkarı ilə görüşdü
Dünən Bakıda
işə başlayan Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
Azərbaycanın mədəniyyət və turizm
naziri Əbülfəz
Qarayev Çexiyanın
mədəniyyət naziri
İrji Besserlə görüşüb. Görüşdə
Ə.Qarayev çexiyalı qonağa tədbirə qatıldığı üçün
təşəkkür edib.
Nazir deyib ki, Azərbaycan bu kimi layihələr
təşkil etməkdə
maraqlıdır: "Bu baxımdan
Azərbaycan nümunəvi
ölkədir. Biz sizin
ölkə ilə bütün
sahələrdə qarşılıqlı
əməkdaşlıq tərəfdarıyıq. Çox istərdim ki, burda olduğunuz
müddətdə
qarşılıqlı əməkdaşlıq protokolları
imzalansın. Biz Çexiya
təcrübəsini bölüşməkdə
maraqlıyıq".
İ.Besser isə öz növbəsində deyib ki, onlar bu
forumun keçirilməsini
yüksək qiymətləndirirlər. Çexiyanın Azərbaycanla
daha geniş səviyyəli əlaqələrin
qurulmasında maraqlı olduğunu deyən nazir Çexiya prezidentinin bu məqsədlə yaxın zamanlarda
Azərbaycana səfər
edəcəyini deyib.
Ekspress.- 2011.- 8 aprel.- S. 14.