Dünya Mədəniyyətlərarası
Dialoq Forumu ənənəvi xarakter
daşıyacaq
“Azərbaycan prezidentinin təşəbbüsü
ilə Bakıda ilk dəfə olaraq Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirilməsi dövlət
başçısının mədəniyyətlərarası
dialoq məsələsinə necə həssaslıqla
yanaşdığını göstərir”. Bu fikri jurnalistlərə
açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev bildirib. Nazir Dünya Forumunun Azərbaycanda keçirilməsinin
ənənəvi xarakter daşıyacağını deyib: “Cənab
prezident çıxışında elan etdi ki, Forumun Azərbaycanda
keçirilməsi ənənəvi olacaq. Biz bu məqsədə
çatmaq üçün çox
çalışmışıq. Avropa mədəniyyət
nazirlərinin toplantısını keçirmişik,
İslam Konfransı Təşkilatına üzv ölkələrin
mədəniyyət nazirlərinin konfransını
keçirmişik. Bu işlər “Bakı prosesi” adı altında
inkişaf edir. Forumun hazırlanmasında, ictimai maraq
yaradılmasında Azərbaycan mediasının rolunu
xüsusi qeyd etmək istəyirəm. Forum çərçivəsində
mədəniyyətlərarası dialoqda medianın roluna həsr
olunmuş xüsusi bir panel keçiriləcək”.
Mədəniyyət.-
2011.- 8 aprel.- S. 2.