“Qarşılıqlı anlaşma olmasa...”
“UNESCO-nun Dağlıq Qarabağa səfər
edəcək faktaraşdırıcı missiyasının
funksiyası aydın olsa da, tərkibi və səfərin
vaxtı müəyyənləşməyib. Çünki bu
səfər qarşılıqlı anlaşma əsasında
həyata keçirilməlidir. Qarşılıqlı
anlaşma olmasa, faktaraşdırıcı missiyanın
bölgəyə gəlməsi qeyri-mümkündür”. Bu
barədə mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev jurnalistlərə açıqlama verib.
Nazir Azərbaycan tərəfin
faktaraşdırıcı missiyaya ünvanlanan şərtlərini
də açıqlayıb: «Bizim tələbimiz ondan ibarətdir
ki, faktaraşdırıcı missiya mədəni irsin vəziyyətini
öyrənmək istəyirsə, Azərbaycanın
işğal olunmuş torpaqları ilə yanaşı, Ermənistana
və Azərbaycana eyni zamanda gəlməli və vəziyyəti
təhlil etməlidir. İkinci şərtimiz isə odur ki,
missiya Dağlıq Qarabağa Azərbaycan tərəfindən
getməlidir. Komissiya eyni tərkibdə, eyni zamanda hər yerdə
olmalıdır».
Gülər
Mədəniyyət.-
2011.- 8 aprel.- S. 4.