Aytokya
Mircavad Mircavad haqqında
Məqalə Azərbaycanın
görkəmli rəssamı Mircavad Mircavadovun həyat
yoldaşı tərəfindən lent yazısına köçürülmüş
xatirələri əsasında hazırlanıb. Böyük rəssamın
həyatı və
yaradıcılığı barədəki fikirləri ilk dəfə mediada - "Ekspress"də çap
olunur.
Onun zalım anası
vardı, çox simic arvad idi,
NKVD, MK işçilərinin, raykom katiblərinin xanımları üçün
bahalı paltolar, paltarlar tikərdi, kalan pul qazanardı,
amma bu qancıq
xəstə qızını
acından öldürürdü.
Mən əlimdən
gələn qədər
Lidaya kömək etməyə çalışırdım,
anamdan gizli, xəlvətcə bir banka şorba, kartof, çörək aparırdım ona, günlərin bir günü bunun üstü açıldı,
Lidaya yaxşı münasibət bəsləsə
də, bu, anamın xoşuna gəlmədi, çünki
anasının çoxlu
pulu olduğunu bilirdi. Bir dəfə qayınanam mənə
bir konvert verdi, konverti karantin zonasında işləyən
bir qadına çatdırmağımı
tapşırdı (müharibə vaxtı idi),
mən heç nədən
şübhələnmədən konverti həmən qadına
çatdırdım, o qadın
bir az gözləməyimi
istədi.
Gördüyüm dəhşətli mənzərə ürəyimi
parçalayırdı - barakda yarıölü adamlar
çömbəlib oturmuşdular, bəziləri taqətsiz halda uzanmışdı, bu
çirkab içində
zarımağa belə halları
qalmamışdı. Ortada ucaboylu
cındır qara paltarda skelet kimi bir qadın
dayanmışdı. gözəl üzü vardı, heç nə
ifadə etməyən iri gözləri
göyə dikilmişdi,
ayaqlarından nəcis
süzülürdü. İlahi,
biz Qabil
tayfasıyıq, heç vaxt
bir-birimizi öldürməkdən
usanmayacağıq... Bu zaman
həmən konvert verdiyim arvad bir kisə un
gətirir - hər şey aydındır, onlar bu zavallı
bədbəxtləri, əsir və qaçqınları
söyürlər, pul qazanırlar. Bu qancıq, Lidanın anası alverçiymiş.
Qancıq! Hirsimdən gözlərim qaraldı, kisəni
vaxtyorşanın kürəyinə çırpdım, un onun üst-başına
dağıldı - "Ye, donuz" - qışqırdım.
Arvadımgilin evinə gəldim, qab-qacağı vurub sındırdım, antikvar
kreslonu qırdım. Qayınanam
ağzını açıb bir kəlmə söz demədi.
Və mənimçün sərt parçadan
iri cibli enli köynək tikmədi.
"Vöintorq"dan
ucuz möhkəm
çəkmə və fəhlələr üçün
tikilmiş parusin
gödəkcə aldım, deyəsən, macar
malı idi. Müharibədə
olmamışam, gözlərim zəif gördüyü
üçün, minus
beş yarım, məni əsgər
aparmadılar, amma ağır
fiziki əməyə yarayırdım. Bu məcburi patriotizmdən kimsə qaçarsa,
vəzifəsi arxadan vurmaq olan NKVD dəstələrindən,
cərimə batalyonlarından, alman paltarı geyinib öz kəndlərini yandırandardan Allah qorusun, cənablar! Adamın tükləri biz-biz olur, əsir düşmüş əsgərləri
Sibirə göndərirdilər,
leninqradlılar çekist dəstələrinin
mühasirəsində it,
pişik, siçovul,
insan əti - cəsəd
yeyirdilər. Alman düşərgələrində
müxtəlif ölkələrdən olan əsirlərə beynəlxalq humanitar yardım verilirdi,
yalnız sovet ordusu əsgərləri insani yardımdan məhrum olmuşdular. Kommunist dövləti "çürüməkdə
olan kapitalizmin sədəqəsi"indən
imtina etmişdi, öz adamları ilə vəhşicəsinə
rəftar olunurdusa, onda
bəs kiminçün
"işıqlı gələcək"
qurulurdu. Müharibə
bir çoxları üçün
ölkədən getməyi, mühacirətin
yeganə yolu olub... Stalin azərbaycanlıları
könüllü olaraq
düşmənə əsir düşməkdə
günahlandırırdı, xalqı sürgün
həyatı gözləyirdi, ilk sürgün qatarları artıq doğma
torpaqlardan yola düşmüşdü, Bağırov
rəhbəri azdiviziyanın
yaradılmasının vacibliyinə inandıra bildi, "millətlər
atası"nın əmri
ilə üç diviziya
formalaşdırıldı: 416, 77 və 233 (uğurlu
döyüşlərdən sonra bu diviziyalar
Taqanroq, Simferopol, Belqrad diviziyaları kimi tanındı). Təzə orduya
çağırılmış, rus dilini bilməyən kənd uşaqları, komandirlərin
tapşırıqlarını başa
düşürdülər, cəbhədə şücaət
göstərirdilər, igidliklə
döyüşürdülər... Bu, bir tərəfdə qalsın, başqa
bir tərəfdən
baxsaq, kiminçün
döyüşürdülər? İşıqlı şəxsiyyətlər,
düşünən beyinlər planlı surətdə məhv
edilirdi, bizim məmləkətimiz Rusiya
kimi böyük deyil, onu Almaniyada,
Türkiyədə, Fransada, Peterburqda təhsil
almış, ürəkləri başqa
bir Azərbaycan
görmək arzusuyla döyünən
insanları aradan götürmək çətin
məsələ deyildi. Hələ
on doqquzuncu əsrin birinci
yarısında rus işğalçı
qüvvələri ilə vuruşmuşduq,
əli qılınclı
Şir ilə İkibaşlı qartal Azərbaycanı öz
aralarında ikiyə böldülər. Yüz
əlli illik əsarətdən
sonra, milli qürurumuz sındırılandan sonra, burda itaətdən,
məzlumluqdan savayı nə tapmaq olar, mən bu itaətə,
bu məzlumluğa nifrət eləyirəm.
Oraqla baş kəsdilər,
çəkiclə öldürdülər. Qırmızı
ulduzlu tank,
svastikalı tankdan fərqli
deyildi. Sovetləşmə
müharibədən əvvəl ada insanları öz
qanında boğurdu, müharibə
zamanı da, müharibədən sonra da belə olub,
insanlığa qarşı törətdikləri cinayətlərə
görə faşizm üzərində
Nürnberq məhkəməsi quruldu, bəs QULAQa görə, xalqların, millətlərin
ana vətənlərindən sürgün
olunduğuna görə
mədəniyyətə qarşı
törədilmiş cinayətlərə, "Sokolniki
parkı"nda buldozer ağzına verilmiş
əsərlərə, ət maşınından keçirilmiş insan həyatına görə nə vaxt məhkəmə qurulacaq?
...Tale
məni təsadüfən
yetmiş yaşlı
bir kişi
ilə rastlaşdırdı,
vaxtı ilə böyük vəzifələrdə
işləmişdi, indi
pensiyaçıydı, çox
danışan adamıydı,
xatirələrini bizimlə
bölüşən kişi
uzun ömür yoluna nəzər salanda "vicdanla, əsl kommunist kimi" yaşadığını
dönə-dönə vurğulayırdı.
İki epizod
üzərində dayanmaq
istəyirəm, bu adamın kabinetində iki telefon varmış, o, dəstəyi qaldırıb axmaq adamlar qarşısında
özünü elə
göstərirmiş ki,
guya yoldaş
Bağırovla danışır, əslində isə telefonun şnuru yazı masasının yeşiyində olur, adamlar onun hər şeyə qadir olduğuna
inanırlar, ondan ən
müxtəlif problemlərini həll etməsini
acizanə surətdə rica edirlər, əlbəttə
o, söz verir, əvəzinə pul
alır, sonra həmən adamlar
heç cür onun qəbuluna düşə bilmirlər. Qorxmağa dəyməz, milis
böyründə, uzaqbaşı adam sadəcə dəlidir deyəcəksən;
heç
kimin şikayət etməyə
cəsarəti çatmayıb. "Əsl kommunist"
danışırdı ki,
bir dəfə əylənmək məqsədilə
yanında işləyən məmurları evinə dəvət
edir, onların şorbasının içinə sidik tökür,
özüylə arvadı başqa qazandan yemək yeyirlər,
xatırlayırdı ki, qonaqlar yeməyi tərifləyirdilər,
məzə idi. "Hə, vaxt vardı" - həyatından məmnun
ağsaçlı namərd köks ötürərdi...
Bundan sənə nə? - deyəcəksiz,
sənin öz həyatın var, bu əhvalatlar yaddaşımdan silinmir, mən unuda bilmirəm...
İnsanlıq düz
xətlə inkişaf
etmir, bəzi ölkələr zamanı
qabaqlayır, bəzi ölkələr isə hələ də orta əsrlərdə yaşayır, bu gün də hardasa adam
əti yeyirlər. Hardasa böyük
sivilizasiya olub, indi oralar
xarabalıqdır. Buddanın sözləri xoşuma
gəlir: "Ən böyük zəfər hamı qalib gələndə olur" - biz Adəmin və Həvvanın
övladları hələ o gündən çox uzağıq!
...Müharibə vaxtı rəssamlıq
məktəbində yaraşıqlı bir gənc peyda oldu. O, rejissor
Aleksandrovla sovet kinosunun ulduzu Orlovanın oğlu idi, onlar Bakıda hərbi
sualtı qayıqlar haqqında axmaq bir film çəkirdilər,
mən onların çəkdiyi filmi bəyənmirdim və bunu gizlətmirdim, açıqca dilə gətirirdim,
buna baxmayaraq o oğlanla
dostlaşdıq, məşhur valideynlərin hər
övladı sovet kinosunun
idollarını bəyənməyən adamla oturub-durmazdı. Biz
Bulvarın axırında sakit, kimsəsiz yerlərdə
gəzib-dolaşardıq, rəssamlıqdan
danışardıq. O, məni tez-tez evlərinə aparardı, amma
mən o mənzildə
sıxılardım, şəxsiyyətə pərəstiş
dövründə, müharibənin ortasında onlar sanki başqa
dünyada yaşayırdılar. Mənə
elə gəlirdi ki, oğlan
aclığın, səfalətin içində tox, qayğısız həyatlarından utanır, xəcalət
çəkir, onun ürəyi
qalmışdı... o, əzab
çəkirdi...
Uzaq 1918-ci ildə
nənəm Tükəzban
üzümlüyə baxanda
kol dibində çömbəlmiş hindlini
görüb qorxub qaçır, ağaclar arasından başqa hindistanlılar boylanırlar,
gözləri pis görən arvad onları cin-şeytan hesab edir, atam
səsə çıxır,
mistikaya inanmayan kişi əl hərəkətiylə onlarla
danışır, onlar
əncir ağacını
göstərirlər, atam
qayıdıb gülə-gülə
bunlar ingilis ordusunun əsgərləridi,
kal əncirdən yeyib qarın ağrısına düşüblər
deyir evdəkilərə,
babam əl-ayağa düşüb ingilis əsgərləri üçün
müalicəvi otlar dəmləyir...
Müharibədən
sonra bir neçə ay hərbi hissədə təlimdə
oldum, qarnı ac artilleriyaçıların çəkmələrini,
qayışlarını və
digər əşyalarını
yerli camaatla çörəyə, konservə,
qəndə və siqaretə dəyişdiklərini
gördüm...
Hərbi hissə düzənlikdə
yerləşirdi, orduya,
hərbi qayda-qanunlara nifrət eləsəm də, mətbəxdə
"kotyol" yuyanda işimi canla-başla görürdüm, komandir
dəsmalı ilə qazanı silərdi, məni əsgərlərə
nümunə göstərərdi. "Mircavadov, sənin aldığın nəfəsi bilirəm, mən
sənin haqqında hər şeyi bilirəm,
haçansa sənin ananı ağladacaqlar, iradənə, məsuliyyətinə,
düzlüyünə görə sənə hörmətim var". Bizim danışmağa pərkar komandirimiz
tez-tez məni kitab oxuduğum zaman yaxalayardı, bir dəfə hamının
yanında hansı əsəri sevdiyimi soruşdu, mən "Don Kixot"un adını
çəkdim, o, rişxəndlə
güldü: "E-e-e-h,
uşaq ədəbiyyatıdı, mən
də elə bilirdim cidi
bir şey oxuyursan". Bu sovet ordusunun
nümayəndəsi bəzən gecələr
içib kefli halda yanında əxlaqsız qadınlar hissəyə
gələrdi, əsgərləri yuxudan oyadıb gülməkdən
uğunub gedən yelbeyin qadınların yanında onlarla məzələnərdi, bir dəfə uşaqlar onun dərsini vermək istəyəndə mən mane
oldum, əsgər yoldaşlarımı
dilə tutub sakitləşdirdim, hər halda hamının bir nəfərin üstünə düşməyi
yaxşı iş deyil,
amma uşaqlar onun başına torba keçirib əzişdirdilər,
işi ört-basdır
elədilər, bizə yeni komandir təyin olundu. Yeni komandir
elmi fantastika vurğunuydu, indi əsgər qardaşlar
komandirlərinə gülürdülər...
Adil Mirseyid
Ekspress.- 2011.- 9-11 aprel.-
S.14