Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 800 min manata başa
gəlib
Aprelin 7-9-da Bakı şəhərində keçirilən
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun təşkilinə 800 min manata yaxın pul xərclənib. Bu barədə
jurnalistlərə mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev deyib.
Nazir bildirib ki, belə bir
foruma 5-10 milyon dollar da xərclənsəydi, çox sayılmazdı:
"Biz yalnız qonaqların
Azərbaycanda qalmasını
və qida, nəqliyyat xərclərini
ödədik. Onlar öz
vəsaitləri hesabına bura gəldilər. Normal qaydada mehmanxana və yeməyin pulunu ödəyərək bu işin öhdəsindən
gəldik".
Əbülfəs Qarayevin fikrincə, forumun əhəmiyyətini
hər hansı maliyyə ölçüləri
ilə qiymətləndirmək
doğru deyil: "Bu forumun Azərbaycanda keçirilməsi ölkəmizin
müsbət imicinin formalaşmasına və Azərbaycanın sülhsevər
və kompromisə meylli ölkə kimi tanınmasına təsir göstərdi".
Ekspress.- 2011.- 12 aprel.-
S.23.