Məşhur
cazmen dünyasını
dəyişdi
Məşhur cazmen, Bakı
Caz Mərkəzinin
art-direktoru Emil İbrahim
Məmmədov dünən
Berlindəki xəstəxanalardan
birində vəfat edib. Musiqiçi xərçəng
xəstəliyindən əziyyət
çəkirdi.
Paytaxtda caz musiqiçiləri
ailəsində anadan olan sənətçi Bakı Musiqi Akademiyasının yetirməsi
idi. Atası Azərbaycanın tanınmış
bəstəkarı İbrahim
Məmmədov və qardaşı, klassik pianoçu Elçin Məmmədov Azərbaycan
caz musiqisinin tanınmış simalarından
olub.
Bir sıra
festivalların iştirakçısı
olmuş cazmen caz, klassik, latın və xalq musiqisinin sintezini bacaran sənətçi kimi tanınırdı. Onun bəstələdiyi
mahnılardan bir sıra televiziya proqramlarında və kinofilmlərdə istifadə
edilib. Emil İbrahim Məmmədov bir sıra layihələrin
prodüsseri rolunda da çıxış edib.
Allah
rəhmət eləsin!
Ekspress.- 2011.- 15 aprel.- S. 23.