Beynəlxalq
Kitab Festivalında Azərbaycan guşəsi
Azərbaycanın
Macarıstandakı səfirliyinin təşəbbüsü
ilə Budapeştdə keçirilən XVIII Beynəlxalq Kitab
Festivalında Azərbaycan guşəsi təşkil edilib.
Səfirliyin
məlumatına görə, aprelin 14-də Macarıstan
paytaxtındakı "Millenium" İncəsənət Mərkəzində
Avropa Birliyinin egidası altında fəaliyyətə
başlayan festivalı ölkənin təbii resurslar naziri
Mikloş Reteli açıb. Festivalda 50-dən çox ölkənin
nəşriyyatları iştirak edir. Səfirliyin daxili
resursları hesabına təşkil edilmiş Azərbaycan
guşəsində respublikamızın müxtəlif nəşriyyatlarında
çap olunmuş 100-dən artıq kitab sərgilənir.
Onların arasında son illər səfirlik tərəfindən
macar dilində nəşr edilmiş 30-a yaxın kitab
iştirakçıların diqqətini çəkib.
"Macarca-azərbaycanca danışıq
kitabçası", "Gəlin azərbaycanca
danışaq" kitabları, "Kitabi-Dədə
Qorqud", "Koroğlu", "Oğuz xan"
dastanları, habelə Dağlıq Qarabağ münaqişəsinə,
Azərbaycan-Macarıstan tarixi əlaqələrinə, Azərbaycanın
enerji strategiyasına və turistik imkanlarına, mədəniyyətə
və milli mətbəximizə dair macarca nəşrlər
festival iştirakçıları arasında xüsusi maraq
doğurub. Səfirliyin nəşrlərinin bir qismi macar kitab
həvəskarlarına hədiyyə edilib.
Avropa
Birliyi ölkələrinin tanınmış
yazıçı və şairlərinin
qatıldığı XVIII Budapeşt Beynəlxalq Kitab
Festivalı aprelin 18-nə qədər davam edəcək.
Macarıstandakı
səfirliyinin təşəbbüsü ilə Budapeştdə
keçirilən XVIII Beynəlxalq Kitab Festivalında Azərbaycan
guşəsi təşkil edilib.
Səfirliyin
məlumatına görə, aprelin 14-də Macarıstan
paytaxtındakı "Millenium" İncəsənət Mərkəzində
Avropa Birliyinin egidası altında fəaliyyətə
başlayan festivalı ölkənin təbii resurslar naziri
Mikloş Reteli açıb. Festivalda 50-dən çox ölkənin
nəşriyyatları iştirak edir. Səfirliyin daxili
resursları hesabına təşkil edilmiş Azərbaycan
guşəsində respublikamızın müxtəlif nəşriyyatlarında
çap olunmuş 100-dən artıq kitab sərgilənir.
Onların arasında son illər səfirlik tərəfindən
macar dilində nəşr edilmiş 30-a yaxın kitab
iştirakçıların diqqətini çəkib. "Macarca-azərbaycanca
danışıq kitabçası", "Gəlin azərbaycanca
danışaq" kitabları, "Kitabi-Dədə
Qorqud", "Koroğlu", "Oğuz xan"
dastanları, habelə Dağlıq Qarabağ münaqişəsinə,
Azərbaycan-Macarıstan tarixi əlaqələrinə, Azərbaycanın
enerji strategiyasına və turistik imkanlarına, mədəniyyətə
və milli mətbəximizə dair macarca nəşrlər
festival iştirakçıları arasında xüsusi maraq
doğurub. Səfirliyin nəşrlərinin bir qismi macar kitab
həvəskarlarına hədiyyə edilib.
Avropa
Birliyi ölkələrinin tanınmış
yazıçı və şairlərinin
qatıldığı XVIII Budapeşt Beynəlxalq Kitab
Festivalı aprelin 18-nə qədər davam edəcək.
Ekspress.-2011.- 16-18 aprel.-S. 31.