Moskvada azərbaycanlı rəssamın sərgisi açılıb

 

Moskvada azərbaycanlı rəssam Abbas Kazımovun "Parlaq dünya" adlı sərgisinin açılışı keçirilib. Rusiya Rəssamlıq Akademiyasının İncəsənət Qalereyasında keçirilən sərgi Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Rusiya Rəssamlıq Akademiyası tərəfindən təşkil olunub.

Sərginin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, tanınmış incəsənət xadimləri Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

A.Kazımov unikal "xalça stili"nin yaradıcısı sayılır. Bu stil şərq klassik incəsənət mədəniyyət məktəbinin xüsusiyyətlərini özündə birləşdirir.

Sərgidə rəssamın 1989-cu ildən 2011-ci ilə qədər çəkdiyi əsərlər nümayiş olunub.

Abbas Kazımov 1956-cı il yanvarın 1-də Bakıda doğulub. Ali rəssamlıq təhsili alıb. 1979-cu ildən sərgilərdə iştirak etməyə başlayıb. Onun əsərləri Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan, Avropa ölkələri, ABŞ və Çində keçirilən sərgilərdə nümayiş olunub.

 

 

Ekspress.- 2011.- 16-18-aprel.- S. 31.