"Azərbaycan diasporu Danimarkada öz sözünü deyib"

 

  Səfər Sadiqi: "Azərbaycanlılar mehriban olduqları üçün onlara hər yer yerdə yaşamaq rahatdır"

 

   Səfər Sadiqi 1957-ci ildə Bakı şəhərində anadan olub. Evlidir, iki övladı iki nəvəsi var. Hal-hazırda Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin sədridir.Son illər ayrı-ayrı dövlətlərdəki diaspor cəmiyyətlərimizin fəaliyyəti nəticəsində Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Tariximizin, mədəniyyətimizin, incəsənətimizin tanıdılması sahəsində Danimarkadakı "Vətən" Cəmiyyətinin rolu az deyil. Qurum fəaliyyətdə olduğu qısa zaman kəsiyində - 4 il ərzində çox işlər görülüb. "Vətən" Cəmiyyətinin gördüyü işlər, qarşıda duran vəzifələr barədə "Ekspress"ə müsahibəsində qurumun sədri Səfər Sadiqi danışır.

 

   - Danimarkada "Vətən" Cəmiyyətini yaratmaqda məqsədiniz nədir?

   - "Vətən" Cəmiyyəti 2007-ci ilin fevralından Danimarkanın Hillerod şəhərində fəaliyyət göstərir. Cəmiyyətin yaradılmasında əsas məqsəd Azərbaycanın mədəniyyətini, tarixini, həqiqətlərini danimarkalılara, eləcə Danimarkada yaşayan başqa xalqların nümayəndələrinə çatdırmaqdır. Rəhbərlik etdiyim cəmiyyət Azərbaycandakı heç bir siyasi bloka aid deyil bitərəfdir. Ümumiyyətlə, siyasi baxışından asılı olmayaraq, hər bir azərbaycanlı bizim üçün çox əzizdir. Dünyanın harasında oluruqsa-olaq, bir türk, azərbaycanlı ilə qarşılaşdığımızda onu canımızdan, qanımızadan bilirik.

   Danimarkada belə bir qurumun yaradılmasına ehtiyac var idi. Həmvətənlərimizin problemlərini, onların təşkilatlanmasını ancaq cəmiyyət yaradaraq təşkil edə bilərdik. Düşünürdük ki, cəmiyyət yaranandan sonra azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması daha asan olar. Bundan əlavə, Danimarkada yaşayan gənc azərbaycanlıları Azərbaycanın tarixi, mədəniyyəti barədə məlumatlandırmaq da cəmiyyətimizin əsas vəzifələrindəndir.

   - "Vətən" Cəmiyyəti fəaliyyətdə olduğu 4 il ərzində Azərbaycanın tanıdılması istiqamətində kimi işlər görüb?

   - Ötən il noyabrın 26-28-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlıları Gənclərinin I Konqresi keçirildi. Konqres Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər İdman Nazirliyi tərəfindən təşkil edilmişdi. Azərbaycan prezidentinin təsdiqlədiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq keçirilən konqresin təşkilində əsas məqsəd xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması, tarixi vətənlə əlaqələrinin möhkəmlənməsindən ibarət idi. Danimarkalı azərbaycanlı gəncləri konqresdə cəmiyyətimizin üzvləri Elçin İbrahimov Kamran Qubadov təmsil edirdi. Bu, bizim cəmiyyətimiz üçün çox önəmli idi. Bundan əlavə, cəmiyyətimiz Ermənistan üzrə Avropa parlamentinin məruzəçisi, polşalı millət vəkili Tomas Porebu Azərbaycan Respublikası qanunlarının pozulması ilə Azərbaycanın işğal olunmuş ərazilərində səfərdə olmasına qarşı etiraz məktubu ünvanlamışıq. Məktubda Porebunun Azərbaycanın işğal olunmuş ərazilərində, eləcə Dağlıq Qarabağda separatçı rejimin liderləri ilə görüşü pislənilib bu görüşlərin Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mane olduğu bildirilib. Daha sonra bu ilin fevralında Suddansk Universitetinin tələbəsi Elçin İbrahimovun təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Suddansk Unviversitetinin tələbə müəllim heyətinə məlumatverici seminar keçirilərək, Xocalı haqqında məlumat verilib. Seminarın əsas məqsədi Qarabağ həqiqətləri, bölgədə sülhün bərqərar olması bunun yollarının axtarılıb tapılması idi. Seminarda xarici qonaqlarla yanaşı ermənilər iştirak edirdi. Ermənilər çalışırdılar ki, seminarın işinə mane olub, Azərbaycan həqiqətlərinin üzə çıxmasına, "yazıq erməni" simasının ifşasına mane olsunlar. Seminar zamanı Bakıdan telefon bağlantısı quran hüquqşünas politoloqların danışıqlarına mane olmağa çalışırdılar. Amma hər şeyə rəğmən seminar baş tutdu. Biz Xocalı soyqırımını, baş verən vəhşilikləri anlatdıq, xarici qonaqlara məlumat verdik. Onu da qeyd etmək istəyirəm ki, ermənilərin hamısı ingilis dilini çox mükəmməl bilirdilər onlar Xocalıda 612 nəfərin, o cümlədən 63 uşağın ermənilər tərəfindən öldürülmədiyini, bunların azərbaycanlılar tərəfindən həyata keçirildiyini iddia edirdilər. Onlar BMT-nin 4 qərarının niyə yerinə yetirmədikləri sualına "biz belə təşkilat tanımırıq" deyə cavab verdilər. Bununla da onlar bir daha sübut etdilər ki, onlardan alçaq şərəfsiz millət yoxdur. Bundan əlavə Danimarkada "Azəri-Türk Qadınlar" Birliyinin təşkilatçılığı ilə Xocalı şəhidlərinə anım mərasimi keçirdik. Tədbir iştirakçılarına Xocalı soyqırımına aid kitablar, büroşurlar sənədli filmlər təqdim olundu. Qarabağ şəhidlərinin ruhuna ehsan süfrəsi verildi. Biz matəm günləri ilə yanaşı bayramları da keçiririk. Bundan əlavə Danimarkada yaşayan azərbaycanlı ailələr üçün görüş günləri təşkil edirik. Bayram günlərində danimarkalılara Azərbaycan musiqilərini mədəniyyətini tanıtmağa daha çox imkanımız olur. Bayramlarda danimarkalılarla yanaşı xarici qonaqlar da iştirak edir.

   - Dünya Azərbaycanlılarının III Qurultayında iştirakınız sizə verdi?

   - Dünya Azərbaycanlılarının III Qurultayından xoş təəssüratlarla ayrıldım. Xüsusi olaraq dövlət başçısının çıxışında söylədiyi tövsiyələr Azərbaycan diasporunun gələcək uğurlarından xəbər verir. Mən bu qurultayı tarixi bir hadisə kimi dəyərləndirirəm. Qurultayın belə bir səviyyədə keçirilməsi Azərbaycanın uğurudur. Fikrimcə, III Qurultayda dövlət başçısının qeyd etdiyi kimi, cəmiyyətlər arasında birliyin olması, səfirliklə sıx işbirliyinin qurulması xarici dövlətlərdə Azərbaycan mədəniyyət evlərinin açılıb fəaliyyət göstərməsi, diasporun inkişafına güclü təkan ola bilər.

   - Danimarkada azərbaycanlıların vəziyyəti necədir?

   - Fikrimcə, Danimarkada Azərbaycan diasporu artıq öz sözünü deyib. Bizim cəmiyyət üzvləri Danimarka parlamentində dövlət nümayəndələri ilə görüşlər keçirir, onlara Azərbaycan barədə məlumat verirlər. Ermənilərin atəşkəs vaxtı bizim azyaşlı uşaqlarımızı öldürməsi barədə BMT-nin Baş Katibinə Danimarka parlamentinin deputatlarına məlumatlar verilib. Bundan əlavə, Danimarkada fəaliyyət göstərən başqa millətlərin cəmiyyətləri ilə sıx əlaqələrimiz var. Ümumiyyətlə, Danimarkada az azərbaycanlı yaşayır. Təxminən 300-350 nəfər azərbaycanlı var burada. Amma Cənubi Azərbaycanlılar çoxdur. Biz çalışırıq ki, onları da cəmiyyətimizdə birləşdirək. Burda olan ermənilərin sayı mənə məlum deyil, amma onu deyə bilərəm ki, Kopenhagendə onların "Moskva" adlı mağazaları var bura tez-tez toplaşırlar. Azərbaycanlıların ümumi vəziyyətinə gəlincə, burda yaşayan soydaşlarımızın durumu normaldır. Azərbaycanlılar mehriban olduqları üçün onlara hər yerdə yaşamaq rahatdır.

   - Əksər ölkələrdə erməni diasporu daha güclüdür. Bəs Danimarkada vəziyyət necədir?

   - Danimarkada ermənilərlə müqayisədə bizim diasporumuz güclüdür. Qeyd etməliyəm ki, cəmiyyətimizin 85 faizi ali savadlıdır. Bizim intellektual səviyyəmiz yüksəkdir. Sizə bir misal deyim, Danimarkada türk cəmiyyətləri təxminən 35-40 il, türkmənlər (İraq türkmənləri) 20-25 il, uyğur cəmiyyəti uzun müddətdir ki, ayrı-ayrılıqda fəaliyyət göstərir. Bizim cəmiyyət bu qurumlarla ayrı-ayrılıqda görüşür, Danimarkada fəaliyyət göstərən türk dilli cəmiyyətlərin birliyini yaratmaq təşəbbüsü ilə çıxış edib təşkilat məsələlərini öz üzərinə götürüb. Belə ki, artıq oktyabr ayında Türkdilli Cəmiyyətlərin Qurultayını təşkil etməyi qarşımıza məqsəd qoymuşuq.

   - Azərbaycanı Danimarkada necə tanıyırlar?

   - Əvvəllər Azərbaycan deyəndə danimarkalılar Əfqanıstan ya Pakistan kimi bir ölkə nəzərdə tuturdular. İllər keçdikcə, bizim təbliğatın nəticəsində fikirlər dəyişdi. Azərbaycanın müasir modern bir ölkə olduğunu gördülər. Azərbayacana Danimarkadan turist səfərləri artdı. "Eurovision" yarışmasında Azərbaycanın qələbəsi buna bir sübutdur. Artıq Azərbaycanı bütün dünya tanıyır. Hər bir azərbaycanlı kimi mənim arzum tezliklə Qarabağımızın azad olunması, Şuşa qalasında Azərbaycan bayrağının dalğalanması, Xankəndində qələbə paradının keçirilməsidir. Mən inanıram ki, o gün uzaqda deyil. Dünyada həqiqət həmişə qələbə çalıb. Həqiqət qələbə bizimlədir. Qeyd etdiyim kimi, artıq Danimarkada Azərbaycanı müasir, modern bir ölkə kimi, güclü iqtisadi potensiala malik olan, güclü herbi ordusu olan, müharibəni sülh yolu ilə həll etmək istəyən, sülhsevən bir ölkə Qafqazda ən güclü bir ölkə kimi tanıyırlar. Təşkil etdiyimiz hər bir tədbirdə bunlar video filmlərlə təbliğ olunur. Həmçinin Azərbaycan torpaqlarının işğalı barədə BMT-nin 4 qərarını erməni işğalçıları tərəfindən yerinə yetirilməməsi barədə danimarkalılara xarici qonaqlara məlumat verilir.

       

 

   İradə CƏLİLOVA

 

   Ekspress.- 2011.-  6-8 avqust.- S. 16.