"Diaspor təşkilatları arasında bir qısqanclıq var"
Səfər
Qaraqoyunlu: "Azərbaycanı qarşılıqsız sevən,
"mən azərbaycanlıyam, Azərbaycan türküyəm"
deyən hər kəsin fəaliyyəti dəstəklənməlidir"
"Qarabağ
problemi əslində təkcə Azərbaycanın deyil,
bütün türklərin problemidir"
Azərbaycanın
qardaş Türkiyədə tanıdılması
yönümündə fəaliyyət göstərən
diaspor qurumlarından biri də Türkiyə Azərbaycan
Dostluq və Dayanışma Platformudur. Bu işdə qurumun
qurucusu və sədri Səfər Qaraqoyunlunun xidmətləri
danılmazdır. Qeyd edək ki, S.Qaraqoyunlu həm də Azərbaycan
Mədəniyyət Evinin qurucusu və sədridir. Kars Ardahan
İğdır iş adamları (KAİSİAD) birliyinin sədr
müavini olub. Hal-hazırda İstanbul-Türkiyə-Azərbaycan
Dərnəyinin sədridir.-Sə
-Səfər bəy, öncə
sizi tanıyaq. Kimdi Səfər Qaraqoyunlu?
-
Qısaca onu deyirm ki, mən İğdırın Qaraqoyunlu
rayonundanam. Ailəmin bir hissəsi Azərbaycandan, bir hissəsi
isə 1915-ci illərdə İrəvandan erməni
soyqırımına məruz qaldığı
üçün İğdıra köçmək məcburiyyətində
qalıblar. Diaspor işlərindən əlavə eyni zamanda
İstanbulda sürücülük məktəblərim var,
müəlliməm.
-
İstanbul-Türkiyə-Azərbaycan dərnəyi yeni yaranan
qurumlardandır. Məqsəd nəydi bu dərnəyi
yaratmaqda?
- Məqsədimiz Türkiyə və Azərbaycan arasında qüvvətli bir körpü qurmaq, dostluq və həmrəyliyi gücləndirməkdən ibarətdir. Təşkilatımızın vəzifəsi Azərbaycan türkləriylə Azərbaycandan köçərək, başda Türkiyə olmaqla dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan türklərinin sosial, mədəni, iqtisadi, siyasi, təhsil və elm məsələlərini müəyyən formalarda həyata keçirməkdir. Təşkilatımız qaçqın kimi və yaxud başqa səbəblərlə Türkiyədə yaşayan Azərbaycan türklərinin Türkiyədəki türk cəmiyyətilə daha yaxşı dialoq qurmasına, Türkiyədəki sosial həyata adaptasiya olmasına, iş yerləri və yaşayış yeri ilə təmin olunmasına, vətəndaşlıq və təhsil problemlərinin həll olunmasına yardım göstərir. Bundan əlavə, biz Türkiyədə yaşayan azərbaycanlılar arasında dostluq və mehribanlığın daima var olamsı üçün də əlimizdən gələni edirik. Qeyd etməliyəm ki, təşkilatımız Türkiyə-Azərbaycan arasında dostluq, qardaşlıq və həmrəylik bağlarının möhkəmlənməsi üçün əlindən gələni əsirgəmir.
-
Dünya Azərbaycanlılarının III Qurultayında
iştirak etdiniz. İlk belə qurultaya qatılan şəxs
kimi fikirləriniz maraqlı olardı...
- Doğru qeyd etdiniz ki, mən
qurultaya ilk dəfə idi qatılırdım. Bu səbəbdən də hər hansı fikir yürütməyim yalnış olar. Çünki əvvəlki
qurultayların necə keçdiyini bilmirəm.
Yalnız onu deyə bilərəm ki, Dünya Azərbaycanlılarının
III Qurultayı bu günə kimi qatıldığım bütün
toplantı, iclas və tədbirlərin ən
möhtəşəmiydi. Qurultayda cənab
prezidentimiz İlham Əliyev
çox önəmli mövzulara
toxundu. Hər şeydən öncə
"düşmənimiz eynidir" dedi. Çox gözəl birlik, bərabərlik, qardaşlıq və həmrəylik
mesajları verdi hamımıza. Xarici ölkələrdə
yaşayan soydaşlarımızın birlik, bərabərlik, həmrəylik
içində olması üçün
səfirliklərimizin dialoq çərçivəsində
işləməsini, problemlər yarandığında təşkilatlarla
bir yerdə onların həll edilməsi üçün dəyərli məsləhətlər
verdi. Məncə, bu
fikirlər Azərbaycanın xarici ölkələrdə
olan diasporu üçün yeni dövrün başlanılmasına işarədir.
-
Bir İğdır azərbaycanlısı kimi Türkiyə-Azərbaycan
münasibətlərini necə dəyərləndirirsiniz?
- Türkiyə-Azərbaycan əlaqələri
indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji
xarakter daşıyır, dostluq,
qardaşlıq prinsiplərinə əsaslanır. Təsadüfi
deyil ki, Azərbaycan
müstəqilliyə qovuşandan sonra onu tanıyan ilk ölkə Türkiyə olub.
Ondan sonra Türkiyə-Azərbaycan
əlaqələri, münasibətləri günü-gündən
inkişaf edir,
güclənir. Təbii ki, bu proseslərdə Azərbaycanın Türkiyədəki
diasporunun da böyük rolu var. Türkiyədə fəaliyyət
göstərən Azərbaycan diasporu dərnək
və təşkilatlarının daimi fəaliyyəti,
Azərbaycançılığın təbliği,
xalqımızın mədəniyyətini, incəsənətini
Türkiyəyə, o cümlədən dünya ölkələrinə
tanıtması Türkiyə-Azərbaycan münsibətlərində
mühüm bir
addımdır. Türkiyə-Azərbaycan
münasibətlərinin dərinliyinin sübutu
olaraq demək olar ki, Azərbaycanın bir çox dünya ölkələrində
aktiv fəaliyyət göstərən diaspor təşkilatları məhz türklər
tərəfindən yaradılıb. İstər Türkiyə,
istərsə də digər ölkələrin diaspor başqanları ilə söhbət
zamanı məlum olur ki,
onlar Azərbaycan türkünün
haqlı olduğunu bütün
dünyaya isbat etmək
üçün mücadilə
aparırlar.
-
Sizcə, bu münasibətlərin inkişafı
üçün daha hansı işlər görülməlidir?
- Təkrar edirəm, Türkiyə-Azərbaycan
münasibətləri çox yaxşı inkişaf edib, amma
bu münasibətlərin daha da genişlənməsi
üçün çox çalışmaq lazımdır. Belə
ki, Azərbaycanla Türkiyə arasında
mədəni, sosial və iqtisadi
mənada olan münasibətlər daha da möhkəmləndirilə
bilər. Amma bunun üçün də sivil
quruluşlar gücləndirilməli və
mənəvi dəstəklənməlidir.
-
Necə hesab edirsiniz, hazırda Azərbaycan diasporunun fəaliyyətini
qənaətbəxş saymaq olarmı?
- Müşahidələrimə əsasən
deyə bilərəm ki, son 10-15 ildə Azərbaycan və
Türk diasporu xeyli güclənib. Prezidentimiz İlham Əliyevin dediyi kimi, düşməni
eyni olan bir millətin diasporu da bir
olmalıdır. Əgər biz birlikdə fəaliyyət
göstərəriksə, bu
zaman daha güclü olarıq.
Bu yönümdə də mühüm işlər görülür.
Diaspor təşkilatları, dərnəkləri
yaradılır. Fikrimcə, təşkilatlar,
dərnəklər yaradılarkən
insanlar buradan mənfəət düşünməməlidirlər.
Mənfəət düşünülmədiyi təqdirdə müəyyən
işlər görülə
bilər. Azərbaycan diasporunun
hal hazırkı vəziyyəti isə
normal və inkişaf
etməkdədir.
- Türkiyədə azərbaycanlıların
lobbiçilik fəaliyyətləri
necədir? Soydaşlarımız bu sahədə
aktivlik göstərirlərmi?
- Türkiyədə
azərbaycanlıların lobbiçilik
fəaliyyətləri son 20 ildə daha çox inkişaf edib. Biz türklər
hər zaman sülhü, mehribanlığı,
səmimiyyəti sevən
millət olmuşuq.
Bu günə kimi türklər heç bir dövlətə və cəmiyyətə düşmən
kimi davranmayıb.
Ancaq son
20 ildə zaman-zaman Ermənistan dövləti
bizə olan düşmən mövqeyini
göstərdiyi və
coğrafi baxımdan bizə problem yaratmağa çalışdıqları üçün
biz də öz sərt mövqeyimizi göstərmək məcburiyyətində
qalmışıq. Bu baxımdan Türkiyədə
lobbiçilik fəaliyyətləri
bu hadisələrə
paralel surətdə inkişaf edir.
- Azərbaycanlıların Türkiyədəki vəziyyəti
necədir?
- Mən deyə bilərəm ki, yaxşıdır. Biz azərbaycanlıların yaşadıqları bütün
sıxıntıları gözümüzlə
görmüşük. Azərbaycan türklərinin yaşamış
olduğu sıxıntılar
bütün Türkiyədə
əsəb və qəzəblə izlənilməkdədir.
Türkiyə Cümhuriyyəti və türk xalqı Azərbaycanın
haqlı davasında sonuna qədər arxasındadır. Bütün bunları
nəzərə alaraq,
təşkilatımız da
öz növbəsində
azərbaycanlılara yardım
göstərməyə çalışır.
- Sizcə, azərbaycançılığın
bütün dünyada
layiqincə təbliği
üçün nə
kimi işlər görülməlidir?
- Azərbaycanın
bütün dünyada
tanınması, azərbaycançılığın
layiqincə təbliğ
edilməsi üçün
Azərbaycanı qarşılıqsız
sevən, "mən azərbaycanlıyam, Azərbaycan
türküyəm" deyən
hər kəsin fəaliyyətinin dəstəklənməsi,
bu fəaliyyətlərin
çoxaldılması və
Azərbaycanı sosial,
mədəni, elm və
təhsil sahəsində
bütün dünyaya
tanıtmaq lazımdır.
Bundan əlavə turizm sahəsində də müəyyən işlər
görülməlidir. Fikrimcə, bir ölkəni dünyaya tanıdan ən gözəl iş turizm sahəsində görülən işlər
və mədəni tədbirlərin keçirilməsi
ilə bağlı ola bilər.
Azərbaycanı özündən
bir parça sayan türk iş adamlarının da fəaliyyətləri nəzərə alınmalı
və işlərinin
daha genişlənməsi
üçün müəyyən
yardımlar göstərilməlidir.
- Sirr deyil ki,
bəzən diaspor təşkilatları arısnda
hansısa problemlər
yaşanır. Bildiyim qədəriylə
Azərbaycanın ən
çox diaspor təşkilatları məhz
Türkiyədədir. Sizcə, bu ölkədəki Azərbaycan diasporları arasında da problemlər varmı?
- Mənim fikrimcə, Türkiyə və Azərbaycan üçün fəaliyyət
göstərən dərnəklər
arasında adı qoyulmamış bir qısqanclıq və bir-birini bəyənməmə
problemi mövcuddur. Bu
problemlərin aradan qaldırılması və
belə problemlərin
yaranmaması üçün
birlikdə dostluq, həmrəylik adına
toplantılar keçirilməlidir.
Bu toplantılar Azərbaycan tərəfindən
də dəstəklənməlidir.
Mən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini
bəyənir və dəstəkləyirəm. Qurultay və onun kimi tədbirlərin
hər il
keçirilməsini istərdim.
Çünki belə tədbirlər
bizi daha da birləşdirir və biz daha da güclü oluruq.
- Azərbaycanın ən yaralı yeri Qarabağ problemi haqqında düşüncələrinizi
almaq istərdim...
- Qarabağ problemi əslində təkcə Azərbaycanın
problemi deyil, bütün türklərin
problemidir. Fikrimcə, bu prblem də bir gün
çözüləcək. Azərbaycanın haqlı davasını
bütün dünya bilir, amma hələ
ki, bir çarə
tapılmır. Türkiyə Cümhuriyyəti Azərbaycanın
haqlı davasının
arxasındadır. Türkiyədə üç miylon yarım Azərbaycan türkü yaşayır.
Amma Qarabağ məsələsini 73 milyonluq
türk xalqı ürəyində hər zaman hiss etməkdədir. Ermənistan Qarabağı tərk etmədiyi müddətcə
Türkiyə sərhədləri
açılmayacaq. Son
günlərdə Ermənistan
prezidentinin söylədiklərinin
hamımız şahidi
olduq. Cənab prezidentimiz İlham
Əliyevin dediyi kimi, düşmənimiz eynidir və ermənilərdən bundan
başqa bir şey gözləməyimiz
düzgün olmazdı.
Səfər Qaraqoyunlu müsahibəni
"Yaşasın Türkliyə-Azərbaycan
dostluğu!", "Yaşasın
Türkiyə-Azərbaycan qardaşlığı!"
sözləriylə yekunlaşqdırdı...
İradə CƏLİLOVA,
Azərbaycan Respublikasının
Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap
edilib
Ekspress.- 2011.- 10 avqust.- S.12.