Seriallara ayrılan pul necə xərclənəcək?

Televiziyalar artıq işə başlayıb

 

Məlum olduğu kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycandakı teleradio yayımçılarının hər birinə milli teleseriallarının və televiziya filmlərinin çəkilişi üçün 300 000 (üç yüz min) manat pul ayrılıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalayıb.

Ayrılan vəsait hələlik telekanalların büdcəsinə köçürülməsə də, MTRŞ sədri Nu-şirəvan Məhərrəmli milli serialların çəkilişinə hazırlıqların getdiyi barədə məlumat verib: "Artıq televiziya kanalları öz hesablarına serial çəkilişlərinə başlayıb".

"Lent.az" telekanalların bu vəsait hesabına hansı serialları çəkdiklərini öyrənmək üçün sorğu keçirib.

Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımlının bildirdiyinə görə, hazırda bu istiqamətdə işlər görülür. Dövlət televiziyasında ssenarilər toplanır və müzakirə olunur: "Yanvar ayına qədər planların müzakirəsi davam edəcək. Hələlik ssenarilər və seçimlər barəsində məlumat vermək istəmirik. Yanvarda bu barədə mətbuata geniş açıqlama verəcəyik".

ANS Müstəqil Yayım və Medla Şirkətinin İctlmaiyyətlə Əlaqələr üzrə müşaviri Mais  Məmmədov Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş "Xoca" filminin çəkilişlərinə başlandığını xəbər verib: "Bu, kinofilmdir, serial deyil. Bədii film "Xoca" adlanır. "ANS" şirkətlər qrupunun prezidenti Vahid Mustafayev ssenarist və rejissor kimi "Xoca" filminə imza atıb. Hələlik bu barədə məlumat verə bilərik. Filmin təqdimatı gələn il üçün nəzərdə tutulub".

Teleşirkətdə bu istiqamətdə görülən işlərdən biri də uşaq serialının çəkilişinə hazırlıqdır. Hazırda bu layihə üzrə uşaqlar üçün kastinq elan olunub və proses davam edir.

Azad Azərbaycan Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər  Departamentinin baş redaktoru Vaqif Aydınoğlu bildirib ki, ayrılan vəsait hesabına üç teleserial çəkilməsi planlaşdırılır: "Sirr", "Pərvanələrin rəqsi" və "Üç bacı" seriallarının çəkilişlərinə başlanılacaq. "Üç bacı" komediya, digər iki teleserial isə dramatik janrdadır". Bundan başqa, ötən ildən nümayiş olunan "Bacanaqlar" serialı texniki baxımdan yenilənib. Bu da büdcədən ayrılan pulun hesabına həyata keçirilib.

Lider Televiziya və Radio Yayımları Şirkətinin baş prodüseri Emin Hüseynov isə deyib ki, hazırda bu istiqamətdə hazırlıq davam edir: "Bizdə daha çox prodakşnlarla əməkdaşlıq davam etdiyi üçün bir sıra təkliflər gözdən keçirilir. Dekabrın 20-dən sonra planlarımız barədə ətraflı məlumat verə bilərik".

İctimai Televızıya və Radio Yayımları Şlrkətinln  "Carçıfilm" yaradıcılıq birliyinin  baş direktoru Azad Məmmədov ayrılan vəsaitin iki televiziya serialına və bir bədii filmə sərf olunacağını deyib: "Bunlar "Döngələr" və "Qarabağnamə" adlı televiziya serialları və "Dalan" bədii filmidir. Artıq ssenarilər təsdiqlənib, aktyor seçimi edilib. Ayrılan 300 min manatın 100 mindən çoxu isə "Qarabağnamə" serialına sərf olunacaq. "Dalan" bədii filminə 30-40 min manat nəzərdə tutulub. Qalan vəsait isə "Döngələr" serial üçün nəzərdə tutulub".

Azad Məmmədov onu da qeyd edib ki, "Döngələr" teleserialının təxminən 25-30 serial arasında çəkilməsi planlaşdırılıb: "Qarabağnamə" isə 10 seriya olacaq".

"Space" Televiziya və Radio Yayımları Şirkətinin icraçı direktoru Kamil Şahverdiyev hazırda yaradıcılıq prosesinin davam etdiyini açıqlayıb: "Ssenarilər müzakirə olunur. İki serial çəkilişi nəzərdə tutulub. Yanvar ayında mətbuata geniş məlumat veriləcək".

Xəzər Televiziya Radio Yayımları Şirkətinin rəhbərliyi isə suala cavab verməkdən imtina edib.

 

Ekspress.- 2011.- 3-5 dekabr.- S. 18.