Həmyerlimizin
daha bir uğuru
Eldar Əliyev
Budapeşt Opera və Balet Teatrının
bədii rəhbəri təyin edilib
Azərbaycanlı balet
ustası Eldar Əliyev
Budapeşt Opera və Balet Teatrının
bədii rəhbəri təyin olunub. Bu barədə Azərbaycanın
Macarıstandakı səfirliyi məlumat yayıb.
Eldar Əliyev 1957-ci ildə Bakıda doğulub. 1966-1975-ci
illərdə Bakı
Xoreoqrafiya Məktəbində
təhsil alıb. 1974-cü ildən Azərbaycan
Dövlət Opera və
Balet Teatrında çalışmağa
başlayıb. 1975-ci ildə xoreoqrafiya məktəbləri məzunlarının
Leninqradda keçirilən
V Ümumittifaq Müsabiqəsində
2-ci yeri tutub.
1979-1992-ci illərdə Leninqraddakı "Kirov
Teatrı"nın solisti olub. Dünyanın 40-dan çox teatrının səhnəsində çıxış edib. 1992-ci ildə İndianapolis Balet Teatrının dəvəti ilə
ABŞ-a köçüb. 1994-cü ildən "Ballet İnternasionale"
adlanan truppanın rəhbəridir.
1996-cı ildə rəqqas
kimi karyerasını başa vurmaq qərarına gələn
Eldar Əliyev özünü xoreoqraf kimi sınayıb və Fikrət Əmirovun "Min bir gecə" baletinə uğurlu quruluş verib. Onun "Şəhriyar"
rolunda çıxış
etdiyi balet ABŞ səhnəsində müvəffəqiyyətlə
nümayiş etdirilib.
1996-2005-ci illər arasında
Eldar Əliyevin rəhbərliyi ilə
"Ballet İnternationale" 30-dan çox tamaşa hazırlayıb.
O, məsləhətçi, xoreoqraf, baletmeyster kimi indiyə qədər Buenos-Ayres, Sidney, Seul,
Şanxay, Pekin, Banqkok, Madrid, Berlin, Ottava,
Roma və s. teatrlarında
dünya klassikasının
bir sıra nümunələrinin tamaşaya
qoyulmasında iştirak
edib. 2007-ci ildə
ABŞ-ın Boston Balet
Məktəbinin icraçı
direktoru vəzifəsində
çalışan Eldar
Əliyev müxtəlif
illərdə həm də dünyanın nüfuzlu balet müsabiqələrinin münsiflər
heyətinə daxil edilib. O, 2010-cu ildə
Budapeşt Opera və
Balet Teatrına balet üzrə bədii məsləhətçi
vəzifəsinə dəvət
olunub. Bu il
yanvarın sonunda isə Macarıstanın mədəniyyət dairələrinin
təklifi ilə yaxın beş il ərzində teatrın bədii rəhbəri vəzifəsi
ona etibar edilib.
AYXAN
Ekspress.- 2011.-1 fevral.- S. 23.