Ankarada azərbaycanlı rəssamların
sərgisi
Dünən Ankara
Rəsm və Heykəl
Muzeyində azərbaycanlı rəssamların əsərlərindən
ibarət sərginin açılışı keçirilib. Sərgi Türkiyə-Azərbaycan diplomatik
əlaqələrinin XX ildönümü
münasibətilə keçirilən
tədbirlər çərçivəsində təşkil olunub.
Sərginin təşkilatçıları Azərbaycanın Türkiyədəki
səfirliyi, TÜRKSOY təşkilatı
və Türkiyənin
Mədəniyyət və
Turizm Nazirliyidir. Sərginin nümayişi
fevralın 15-dək davam edəcək. Sərginin
açılışına Azərbaycanın Türkiyədəki
səfirliyinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, eləcə
də TÜRKSOY-un nümayənədləri
qatılıblar.
AYXAN
Ekspress.- 2011.- 3 fevral.- S. 23.