Qara Qarayevə həsr olunmuş kitab disk

 

Fevralın 4-də M.F.Axundov adına Milli Kitabxanada Heydər Əliyev Fondu MədəniyyətTurizm Nazirliyinin dəstəyi ilə çap olunmuş "Qara Qarayev. Həyat yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Qara Qarayevin əsərləri" və "Qara Qarayev.

Elektron məlumat bazası" diskləri də təqdim olunub. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, millət vəkili Rəfael Hüseynov və digər görkəmli mədəniyyət xadimləri iştirak edib.

Tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan musiqisinə şöhrət gətirən sənətkarlar arasında Qara Qarayevin xüsusi yer tutduğunu deyib.

Mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva Qarayev yaradıcılığından söhbət açaraq bəstəkarın Azərbaycan klassik musiqisinin inkişafındakı əvəzsiz xidmətlərindən, klassik müasir musiqinin sintezini yaratmasından danışıb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova kitabın elmi redaktoru olaraq nəşr barədə geniş məlumat verib. Bildirib ki, nəşrin hazırlanmasında muzeylə yanaşı, Moskva Mərkəzi Ədəbiyyat və İncəsənət Arxivi, eləcə Sankt-Peterburq Dram Teatrından əldə olunmuş materiallardan da istifadə olunub. Nəşrdə 700-ə qədər material xronoloji ardıcıllıqla verilib.

Qeyd edək ki, "Qara Qarayevin əsərləri" diskində bəstəkarın əsərləri, "Qara Qarayev. Elektron məlumat bazası" diskində isə həyat yaradıcılığı, fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin onun haqqında dediyi fikirlər, musiqi nəşr əsərləri, fotoqalereya əks olunur.

Tədbirdə Dövlət Simli Kvartetin ifasında Qara Qarayevin əsərlərindən nümunələr ifa olunub.

 

 

AYXAN

 

Ekspress.- 2011.- 5-7 fevral.- S.31.