Tofiq Bakıxanov "Fulbrayt Heys" təqaüdünə layiq görüldü

 

Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Tofiq Bakıxanov ABŞ-ın "Fulbrayt Heys" təqaüdünə layiq görülüb. Xalq artistinə bu mükafat məşhur Amerika pianoçusu bəstəkarı Corc Gerşvinə (1898-1937) həsr etdiyi skripka ilə simfonik orkestr üçün 6 nörməli "Cazsayağı" konsertinə görə təqdim olunub.

C.Gerşvin yaradıcılığında simfonizm və caz elementlərinin prinsiplərini növbələşdirib. Tofiq Bakıxanovun bu əsərinin partiturası və klaviri ABŞ-ın Azərbaycandakı səfirliyinin qismən maliyyə dəstəyi ilə "Mütərcim" nəşriyyat-poliqrafiya mərkəzində azərbaycan, rus, ingilis dillərində işıq üzü görüb.

 

 

AYXAN

 

Ekspress.-2011.-5-7 fevral.- S.31.