120
yaşlı bina təmir
edildi
İçərişəhərdə
yerləşən abidələrdə və tarixi
binalarda bərpa və
konsevrasiya işləri
həyata keçirilir.
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən verilən məlumata
görə, işlər Azərbaycan Nazirlər Kabineti tərəfindən
təsdiq edilmiş "Bakının tarixi mərkəzinin
konservasiyası üzrə ətraflı Baş
Plan"a əsasən Tarix-Memarlıq Qoruğu
İdarəsi tərəfindən
aparılır. Artıq A.Zeynallı küçəsi, 20-də
yerləşən və 1890-cı ildə inşa
olunmuş tarixi binada təmir-bərpa işləri başa
çatıb. Binanın fasadı qabaqcıl texnologiyaların
köməyi ilə bərpa edilərək tarixi
görkəmi özünə
qaytarılıb və bina möhkəmləndirilib.
Binanın daxili yüksək standartlara uyğun olaraq təmir olunub, Heydər Əliyev guşəsi
yaradılıb, Toğrul Nərimanbəyov,
Elbəy Rzaquliyev, Böyükağa
Mirzəzadə kimi məşhur rəssamların
İçərişəhəri özündə əks
etdirən rəsm əsərləri ilə bəzədilib.
Simsiz internetlə təmin olunmuş binada iclas zalı,
danışıqlar otağı, işçilərin asudə
vaxtlarının keçirilməsi üçün
sahə mövcuddur.
Əvvəllər yaşayış binası
olmuş daha sonra Azərbərpa Elmi Tədqiqat İnstitutu yerləşən
binada Nazirlər Kabinetinin müvafiq qərarına əsasən
bərpadan sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
fəaliyyət göstərməyə
başlayıb.
AYXAN
Ekspress.- 2011.- 9 yanvar.- S.14.