"Azərbaycan
ailəsi -2011"
Kinofestival üzrə növbəti
müsabiqə başlandı
Fevralın 9-da Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq
Problemləri Üzrə
Dövlət Komitəsinin (AQUPDK) və BMT-nin
Əhali Fondunun birgə
təşkilatçılığı ilə keçirilən
"Azərbaycan ailəsi-2011" kinofestivalı çərçivəsində
müsabiqəyə start verilib.
Bu münasibətlə Ailə, Qadın və
Uşaq Problemləri Üzrə Dövlət Komitəsində tədbir
keçirilib.
AQUPDK
sədrinin müavini Aynur Sofiyevanın
sözlərinə görə, festivalın məqsədi
ölkədə həyata keçirilən
ailə siyasətini daha geniş işıqlandırmaq,
ictimaiyyətin
diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu yüksəltməyə yönəltmək
və onun tərbiyəvi
funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaqdır.
Müsabiqənin şərtləri haqqında
məlumat verən A.Sofiyeva bildirib ki, festival "Ən yaxşı rejissor, "Ən yaxşı film",
"Ən yaxşı
tələbə filmi",
"Ən yaxşı
televiziya proqramı",
"Ən yaxşı
xarici film" nominasiyaları
üzrə keçiriləcək.
Təqdim edilən
filmlərin mövzusu
müsabiqənin ideya
və məqsədinə uyğun gəlməklə yanaşı, bədii, sənədli,
animasiya filmləri və sosial çarxlar şəklində
qəbul olunacaq. Müsabiqədə
gənc həvəskar və peşəkar
rejissorlar iştirak edə bilərlər.
Azərbaycan ailələrinin xüsusiyyətlərini
əks etdirən bu filmlər aprelin 25-dək DVD formatında
təşkilat komitəsinə
təqdim olunmalıdır. Qaliblərin mükafatlandırılması
mərasimi bu ilin mayında keçiriləcək.
Təqdim olunan işlər
respublikanın ictimai xadimləri tərəfindən
qiymətləndiriləcək.
Tədbirdə münsiflər
heyətinin rəhbəri,
Azərbaycan Dövlət
Film Fondunun direktoru Cəmil Quliyev çıxış edərək
festivalın müasir
kinomuzun təbliğində
mühüm rol oynayacağına əmin olduğunu bildirib, kinonun milli-mədəni irsimizin təbliği və gələcək nəsillərə çatdırılması
baxımından mühüm
əhəmiyyət kəsb
etdiyini vurğulayıb:
"Artıq üçüncü
ildir ki, keçirilən bu festival
beynəlxalq xarakter daşıyır. Kino, televiziya sahəsində çalışan gənclərin
yaradıcılığının nümayiş etdirilməsi
və xarici ölkələrin rejissorlarının
bu festivala cəlb olunması təqdirəlayiqdir".
AYXAN
Ekspress.-2011.- 10 fevral.- S.23.