Miniatür sənətinin inkişafı
Dövlət proqramının ilkin layihəsinin
müzakirəsi keçirilib
Fevralın
9-da mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin rəhbərliyi ilə Azərbaycan miniatür sənətinin
tədqiqi, təbliği və inkişafı
Proqramının (2011-2014-cü illər) ilkin layihəsinin
müzakirəsi keçirilib.
Nazir
müavinləri Ədalət Vəliyev və Sevda Məmmədəliyeva,
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı
Fərhad Xəlilov, Müəllif Hüquqları Agentliyinin sədri
Kamran İmanov, Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyinin direktoru Röya
Tağıyeva, xalq rəssamları Altay Hacıyev, Arif
Hüseynov və başqalarının iştirak etdiyi tədbirdə
çıxış edən nazir bildirib ki, miniatür sənətinin
kompleks şəkildə tədqiqi, sənət tariximizin
öyrənilməsi, Azərbaycan təsviri-sənətinin
genetik əsaslarının müəyyən edilməsi,
dünyada tanıdılması, gənc nəsil arasında təbliği,
miniatür sənəti ənənələrinin müasir və
gələcək təsviri-sənətdə
yaşadılması, bu sənət növünün yox olub
aradan çıxmasının qarşısının
alınmasından ibarətdir.
Ə.Qarayev
qeyd edib ki, müxtəlif incəsənət sahələri,
xalq yaradıcılığı, folklor nümunələri
ilk olaraq respublika daxilində inkişaf etdirilməli, sonradan isə
dünya ictimaiyyətinin qarşısına
çıxarılmalıdır: "Müxtəlif incəsənət
növləri, eləcə də miniatür sənəti bir
neçə il ərzində respublika daxilində elə tədqiq
olunmalı, elə inkişaf etməlidir ki, sonradan onu beynəlxalq
səviyyəyə də yüksəldə bilək. Bunun
üçün bizim geniş imkanlarımız və mütəxəssislərimiz
var".
Miniatür
sənətini əks etdirən slayd göstəriləndən
sonra Mədəniyyət və Turizm Nazirliyinin
hazırladığı müvafiq proqramın müzakirəsi
jurnalistlərin iştirakı olmadan davam etdirilib.
AYXAN
Ekspress.-2011.-10 fevral.- S.23.