Əlillərin ifasında "Həyat tamaşa kimi"

 

Bakıdan və bölgələrdən olan 40-a yaxın əlil Azərbaycan Teatr Xadimləri İttifaqında (Aktyorlar Evində) keçirilmiş "Həyat tamaşa kimi" adlı Əlilliyi Olan Uşaq Gənclərin İnteqrativ Tamaşalarının 5-ci Festivalında tamaşalarla çıxış edib. Tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi Dayanıqlı Dəyişiklik Naminə Birgə Fəaliyyət Proqramının və Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.

USAİD-dən daxil olan məlumata görə, tədbirin məqsədi əlil gənclərin məharətlərini sərgiləmələrinə imkan yaratmaq, onların Azərbaycanın mədəni həyatında vacib rolu barədə ma-arifləndirmək əlilliklə bağlı olan yanlış təsəvvürləri azaltmaqdır. Əlilliyi olan bir çox gəncin məşğulluq və imkanları məhduddur. Onlar, həmçinin, yanlış təsəvvürlər və stereotiplərlə üzləşirlər.

"Buna görə, bu festival çox vacibdir. Çünki o, əlilliyi olan gənclərin bacarıqları barədə məlumatı artıracaq və sosial inteqrasiya məqsədini dəstəkləyəcək. O, həmçinin, əlilliklə bağlı yanlış təsəvvürlərlə mübarizə aparmağa kömək edəcək",- deyə ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr üzrə əməkdaşı Terri Devidson iştirakçılara müraciətində bildirib.

Tədbir gənclərə hökumət rəsmiləri, biznes rəhbərləri, QHT-lər, Diplomatik Missiya Rəhbərlərinin Xanımları birliyinin nümayəndələri, habelə uşaqlar ailələri qarşısında tamaşalar vasitəsilə öz bacarıqlarını nümayiş etdirmək qarşılaşdıqları çətinlikləri ifadə etmək fürsətini yaradıb. "Uşaqların Xilası" ("Save the Children") təşkilatı tərəfindən həyata keçirilən USAİD-in Dayanıqlı Dəyişiklik Naminə Birgə Fəaliyyət Proqramı Azərbaycanda 30 min uşaq 8 min ailənin həyatını yaxşılaşdırmağa kömək edib. Proqramın məqsədlərindən biri Azərbaycan hökumətinə texniki yardım göstərmək və əlilliyi olan gənclərin bərabər imkanlarını təbliğ etmək, habelə onların cəmiyyətə inteqrasiyasını yaxşılaşdırmaqdır.

  

 

AYXAN

 

Ekspress.- 2011.- 10 fevral.- S.14.