Cavidin Ev Muzeyinə
yeni eksponatlar verilib
Görkəmli Azərbaycan ədibi Hüseyn Cavidin Naxçıvan şəhərindəki Ev
Muzeyi 2010-cu ildə yeni nümunələrlə
zənginləşib.
Muzeyin direktoru Bəhruz Axundov bildirib ki, hazırda
muzeydə 8200 eksponat mühafizə və nümayiş olunur.
Bu günlərdə isə muzeyə Hüseyn Cavidin bir sıra əsərlərinin
yeni nəşrləri
təqdim olunub. Ədibin Bakıdakı ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının
nəşr etdirdiyi
"Cavidşünaslıq", Yusif Aslanovun "Cavidin söz dünyası", Əbülfəz
Naxçıvanlının "Tale burulğanı", Hüseyn
İbrahimovun "Səksən"
(məqalələr, təbriklər,
xatirələr toplusu)
kitablarını, Naxçıvan
Dövlət Universitetinin
"Elmi əsərləri"ni, AMEA-nın Naxçıvan Bölməsinin
"Xəbərlər"ini bunlara misal göstərmək
olar.
Eyni zamanda, muzeyə təqdim olunan eksponatlar içərisində
fotoşəkillər, rəsm
əsərləri, portretlər
də yer alıb. Bunlardan Azərbaycan Respublikasının
əməkdar rəssamı
Mircəlil Seyidovun
"Şairin yuxusu"
təsviri sənət
nümunəsini, Arif Hüseynovun "Şeyx Sənan" əsərinə
çəkdiyi qrafik illüstrasiyanı, Rafael Qədimovun
"Dahilər diyarı"
əsərinin fotosurətini
göstərmək olar.
AYXAN
Ekspress.- 2011.- 12-14 fevral.- S. 31.