Eldar Qasımovla
Nigar Camal
Azərbaycanı "Eurovision-2011"də
təmsil edəcəklər
Fevralın 11-də Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının
binasında "Eurovision-2011"
mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün milli final konserti keçirilib. Eldar Qasımov-Nigar Camal dueti müsabiqənin
qalibi elan edilib.
Final konsertində münsiflər
heyətinin tərkibinə "İTV"nin baş direktoru
İsmayıl Ömərov, sənətşünas Lalə
Kazımova, bəstəkar Rauf Babayev, Mədəniyyət və
Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva,
bəstəkar Faiq Sücəddinov, "Eurovision-2011" Azərbaycan
üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli və
xalq artisti Zülfiyyə Xanbabayeva daxil olublar.
Final
konsertində açılışı
"Nero" rəqs qrupu
edib. Konsertin aparıcısı Leyla Əliyeva konsert izləyicilərini 4 müxtəlif
dildə salamlayıb.
Ötən il
Azərbaycanı "Eurovision-2010" Mahnı müsabiqəsində
təmsil edən ifaçı Səfurə
Əlizadə ilk olaraq
səhnəyə çıxıb,
"Drip-drop" mahnısını ifa edib.
Daha sonra təmsilçilik
uğrunda mübarizə
aparacaq beş
ifaçının ifaları
başlayıb.
İştirakçılar arasında səhnəyə
birinci Nigar Camal çıxıb.
Daha sonra Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, İlhamə Qasımova ardıcıl olaraq səhnə alıblar.
Finalçılardan
sonra Gürcüstanın
"Eurovision-2010"dakı təmsilçisi
Sofo Nicaradze mahnısını oxuyub, tamaşaçıları salamlayıb:
"Mənim üçün
hansı iştirakçının
seçıiləcəyi önəmli
deyil, mən Azərbaycana səs verəcəm, çünki
sevimli ölkəmdir!"
Gürcü ifaçı sonra
"Eurovision-2010"da səsləndirdiyi
"Shine" adlı mahnını
Bakı səhnəsində
ifa edib.
Gənc müğənnilər şou günü səhnədə xüsusi
geyimlərdə olublar.
Eldar Qasımovu səhnədə
rəqqaslar və bək-vokalçılar Kazım
və Miya müşayiət edib.
Tamaşaçılar E.Qasımovun ifasında
üç xarici, bir Azərbaycan mahnısını dinləmək
imkanı qazanıb.
İlqarə İbrahimovanın bu gün üçün
eksklüziv geyimlərini
Arzu Məlikzadə hazırlayıb. Aynişan
Quliyevanın səhnə
geyimini isə əməkdar incəsənət
xadimi, modelyer Fəxriyyə Xələfova
hazırlayıb
Nigar Camalı final konsertində
stilist Anar Ağakişiyev geyindirib.
Finalçını səhnədə rəqsləri ilə
"Nero" rəqs qrupu
müşayiət edib.
Final gecəsinin
irəliləyən dəqiqələrində
İsveçrənin "Eurovision" təmsilçisi Anna Rossinelli
səhnədə öz
ifası ilə tamaşaçı qarşısına
çıxıb ("Lent.az").
Ümumilikdə ifaçilarin hər
biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış
ediblər. San Marinonun "Eurovision-2011"dəki təmsilçisi də gecənin qonaqları sırasında olub.
Milli Final konserti İctimai
Televiziya ilə yanaşı, Eurovision TV, TRT və
Gürcüstanın İctimai
Televiziyası ilə canlı yayımlanıb.
Konsert üç saat
davam edib və sonda münsiflər
heyətinin üzvləri
qapalı görüş
keçiriblər. 15 dəqiqəlik müzakirələrdən
sonra İTV-nin baş direktoru İsmayıl Ömərov
bildirib ki, münsiflər müsabiqəyə
Eldar Qasımovla Nigar Camalın göndərilməsini qərara
alıblar. Onlar müsabiqədə
duet ifa edəcəklər.
"Hərənin
özünün həqiqəti
var və inandığı kimsə
var. Böyük auditoriyanın
istəyi ilə olan bir seçimdir.
Eurovision formatı başqa formatlardan köklü surətdə
fərqlənir. Təmsilçidə hər şey kompleks şəklində olmalıdır. Bu doğru seçimdir və bu iki
gəncin simasında bunu gördük. Əminəm
ki, Eldar və Nigar Azərbaycanı
layiqincə təmsil edəcək. Bu iki təmsilçinin vizual görünüşü də,
səsləri də bir-birinə uyğundur",-deyə
milli münsiflərin
rəhbəri İsmayıl
Ömərov deyib. Onun sözlərinə görə, bu il münsiflər
heyəti arasında mübahisə olmayıb:
"Qaliblər sadəcə,
ona görə gec açıqlandı ki, biz duet ortaqlarını
seçirdik. Vaxtımız da buna getdi,
elə münsiflərin
rəyi üst-üstə
düşdü. Burada özünə
qapanmadan çox milliliyimizi göstərməkdir.
Mahnının kim tərəfindən
yazılması önəmli
deyil, əsas odur layiqli olsun.
Biz bacardığımızı edəcəyik ki, Azərbaycan layiqli təmsil olunsun"(APA) .
İ.Ömərov
qeyd edib ki, seçimlər dövründə artıq
söz-söhbət olmasın
deyə finalçıların
heç biri ilə əvvəlcədən
görüşməyiblər: "Bu müddət ərzində
bir dəfə də olsun zəng
olmayıb. Nə finalçıların valideynlərini görmüşük,
nə də bir zəng olub.
Bu tamamilə şəffaf seçimdir və buna heç
bir şübhəniz
olmasın".
İ.Ömərov
bildirib ki, bu duetə uyğun
bir mahnı seçiləcək və
mahnı müsabiqəsinə
təqdim olunan çoxsaylı musiqilərdən
biri seçiləcək:
"Azərbaycan 2009-cu ildə
Aysel və Araşın dueti ilə üçüncülük
qazanıb. Duet Azərbaycana uğur gətirəcək. Qəpiyimizi saya-saya
çox sərfəli
xərcləyəcəyik. Biz o qədər də
dövlətli bir təşkilat deyilik.
Biz hər dəfə
Avropaya birincilik üçün gedirik, bu dəfə də birincilik üçün gedəcəyik".
Mətbuat konfransında çıxış
edən Eldar Qasımov bildirib ki, onlar
"Eurovision-2012"-ni Azərbaycana gətirməyə qadirdirlər
və bunun üçün yüksək
səviyyədə çalışacaqlar:
"Azərbaycanı bu
müsabiqədə layiqli
təmsil etməyə
qadirik. Bu gücü özümüzdə hiss edirdik.
Bu yarışmada qalib olmaq üçün
öz üzərimizdə
dayanmadan çalışacağıq".
Nigar Camal da bu
müsabiqədə Azərbaycanı
layiqincə təmsil edəcəyinə söz
verib: "Biz çox
xoşbəxtik. Sadəcə bizə inanın və hər şey yaxşı olacaq".
Azərbaycanı Düsseldorf səhnəsində
keçiriləcək 56-cı
"Eurovision" müsabiqəsində təmsil edəcək Eldar Qasımov və Nigar Camal
müsabiqənin mayın
10-da keçiriləcək I yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq.
"Eurovision-2011"də 43 ölkənin
iştirakı təsdiqlənib.
Ekspress.- 2011.- 12-14 fevral.- S.18.