Bu il qəbul imtahanları 5 şəhərdə keçiriləcək

 

  Məleykə Abbaszadə: "Mənə təzyiq olanda daha da güclənirəm"

 

  Parlament Jurnalistləri Birliyinin bir qrup üzvü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə görüşüblər. Görüş zamanı PJB üzvləri TQDK sədrinə bir sıra suallar ünvanlayıblar. M.Abbaszadə ilə söhbətin maraqlı olduğunu nəzərə alaraq müəyyən məqamları oxuculara təqdim edirik.

   - Orta məktəblərdə mərkəzləşdirilmiş test imtahanlarının, eləcə ali məktəblərdə semestr imtahanlarının test üsulu ilə aparılmasını TQDK təşkil edə bilərmi?

   - Ümumi bir problemə bir dərman istəyirsiniz.

   - Hər halda TQDK yaxşı dərman olduğundan, buranı istəyirik...

   - Acı dərmandı (gülür). Biz bu sahədə təcrübəsi olan təşkilat kimi əsas kurslarda sınaq imtahanları keçirə bilərik ki, uşaqlar biliklərini yoxlasınlar bu bilikləri əldə edəndən sonra gedib imtahanda öz hüquqlarını müdafiə edə bilsinlər. Çünki hüquqi cəhətdən bizim tələbələri qiymətləndirməyə ixtiyarımız yoxdur. Bu da kifayət qədər ciddi layihədi bizə belə şey tapşırılmayıb.

   - Jurnalistika fakültəsini seçənlərin test imtahanından əlavə qabiliyyət imtahanı verməsi mümkündürmü?

   - Jurnalistika fakültəsinin magistratura pilləsinə daxil olmaq üçün esse yazmaq lazımdır. Bu imtahanlarda əgər 500 varsa, biz bunu 2 gün ərzində yoxlayırıq. Bakalavr pilləsində isə III qrupa 30 minə qədər adam sənəd verir. Ötən il müsabiqəyə 10 min civarında abituriyent buraxıldı. Əgər biz desək ki, jurnalistika ixtisasına daxil olmaq üçün yazılı lazımdır, həmin 10 mindən, tutaq ki, 5 mini gəlib jurnalistikaya ərizə versə, mən gərək o imtahanı təmin edim. 5 min yazılı işi yoxlamaq üçün Azərbaycanda mütəxəssis varmı? Biz bu nəticələri qısa müddətdə elan etməliyik. İndi Azərbaycanda bu sahədə vicdanlı mütəxəssis varmı ki, mən bu işləri heç olmasa 10 günə yoxlatdırım? Yoxdur. Bu məsələnin başqa ölkələrdə, məsələn, ABŞ İngiltərədə necə həyata keçirilməsini deyim. İngiltərədə jurnalistika fakültəsinə qəbul üçün aparılmış yazılı imtahanları özləri yoxlamır. Onlar bu esseləri Yeni Zelandiyaya mütəxəssislərə göndərirlər, onlar yoxlayıb cavab verirlər. Bunun da səbəbi var. Onlar ona görə başqa ölkədə yoxlatdırırlar ki, esseləri yoxlayan adam ali məktəbə girmək istəyənin tanıdığı, qohumu, qonşusu ola bilər. ABŞ-ın məsələn, Texas ştatında imtahandırsa, yoxlamaq üçün Alyaskanın mütəxəssislərinə göndərirlər. Mən bu prosesi burda tətbiq edə bilmərəm. Mən bunu Azərbaycanda Azərbaycan dilində yazılan esseləri kimə göndərim? Gülməlidi, ? Bu mümkün deyil. 10 min adam yazılı yazırsa, bunu yoxlamaq üçün Azərbaycanda vicdanlı mütəxəssis varmı? Türkiyəyə göndərək?

   - SSRİ dönəmində bəzi vəzifəli şəxslər uşaqlarını tapşırıqla, xahişlə ali məktəblərə qəbul etdirirdilər. Bilmək istərdik ki, bu məsələlərlə bağlı sizə zənglər gəlirmi?

   - Yox. Mənə heç kim heç tapşırmır. Mənə xahiş olunanda mən jurnal bağışlayıram (gülür). Sınaq imtahanlarından keçməyi məsləhət görürəm sınaq imtahanının nəticəsinə görə məsləhət verirəm ki, bu uşaq hansı sahəyə getməlidir, hansı ixtisası seçməlidir. Bu məsləhəti mən televiziyada da verirəm. Bu da mənim vətəndaşlıq borcumdu.

   - Bilirsiniz ki, yeni "Təhsil haqqında" qanun uzun illər parlamentdə ilişib qalmışdı bu müddətdə ali məktəblərə imtahanların test üsulu ilə keçirilməsini istəməyən qüvvələr var idi. Bu dövrü necə xarakterizə edirsiniz? Testin ləğv olunması ilə bağlı sizə təzyiqlər çoxmu oldu?

   - İnsanlar müxtəlif cür olur. Kimsə ona təzyiq olanda zəifləyir, kimsə qırılır. Mənim xüsusiyyətim pisdir, mənə təzyiq olanda isə daha da güclənirəm, təzyiqə cavab verirəm (gülür). Mənə toxunmayanda isə mülayim insanam. Təzyiq göstəriləndə əks təsir olur. Prezident böyük etimad göstərib bu işi bizə tapşıranda demişdi ki, proses çox şəffaf keçməlidir siz heç kimin təzyiqinə məruz qala bilməzsiz. Ona görə o təzyiqlərə müqavimət göstərə bilirdik.

   - Həmin qüvvələrin marağı idi ki, testi ləğv eləsinlər?

   - Bunu onlardan soruşun. Mən bilim? Bəlkə vaxtı çox idi onların (gülür).

   - Məleykə xanım, çox yaxşı ki, bu qara buludlar, duman TQDK-nın üstündən getdi hesab edirik ki, test üsulu uzunömürlü olacaq...

   - Bilmək olmaz, hələ ki, hava dumanlıdı (gülür). Bunu hava ilə əlaqədar dedim. Başqa cür başa düşməyin. Sinoptiklər deyirlər ki, sabah qar yağacaq.

   - Sizin rəhbərlik etdiyiniz qurumun fəaliyyəti təqdir olunur. Amma yenə , son vaxtlar ölkədə korrupsiya rüşvətə qarşı tədbirlər keçirilir, kimlərsə işdən çıxarılır, töhmət verilir. Sizdə belə hallar varmı? Bu kampaniyaya qoşulmaq fikrindəsinizmi?

   - Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə aşkarlıq çox vacib məsələdir. Biz həmişə işimizi elə qurmuşuq ki, hər bir məsələ aşkar getsin. Bizim apardığımız elektron xidmətlərdi. Bütün bu xidmətləri 1992-ci ildən aparırıq... Bizdə əgər xidmət hansısa qeyri-qanuni törətsə, mən şəxsən özüm tələb edəcəyəm ki, o, çox ciddi cəzalansın. Hesab edirəm ki, bizdə işləyən insanlar öz sahəsində kifayət qədər nadir professionallardı. İnsan öz sahəsində professionaldırsa professional kimi öz qiymətini bilirsə, o, heç zaman qeyri-qanuni görməyəcək. Qeyri-professionallar yalnız əyri görə bilərlər.

   - Deyilənlərə görə, 3 nəfər imtahanla TQDK-ya işə qəbul olunub, amma sonradan işdən azad ediliblər...

   - Belə bir şey yoxdur. Bizdə müqavilə ilə işləyən insanlar var. Onlar mövsümi işləyirlər müqavilə müddəti bitəndə müqaviləyə xitam verilir.

   - Neçə ildir onminlərlə insanın sizdən bir istəyi var. Valideynlər, abituriyentlər istəyir ki, TQDK qəbul imtahanlarını regionlarda da keçirsin. Çünki rayonlardan Bakıya gəlib-getmək həm xərc tələb edir, həm imtahana girəcək abituriyentlərdə bir yorğunluq olur ki, bu da imtahanın nəticəsinə təsirsiz ötüşmür. Ola bilərmi ki, TQDK-nın regional bölmələrində bütün qruplar üzrə imtahanlar keçirilsin?

   - Hazırda TQDK-nın 5 regional bölməsi yaradılıb. Biz əvvəllər Bakı Naxçıvanda imtahan keçirirdik. Keçən il bir qrup üzrə Sumqayıt Gəncədə imtahanlar təşkil edildi. Biz qəbul imtahanlarını bu il 5 yerdə keçirəcəyik. Dəqiq olaraq Bakı, Gəncə, Naxçıvan, Sumqayıtda bütün qruplar üzrə imtahan keçirəcəyik. Lənkəranda isə magistratura imtahanlarının 1-ci mərhələsini keçirmək niyyətindəyik. Əgər bu barədə qərar qəbul etsək, yəqin ki, orda da bütün qruplar üzrə bu il imtahan keçirəcəyik. Özü bu şəhərlərə ətraf rayonlardan olan abituriyentlər gəlib imtahan verə biləcəklər. Gələcəkdə nəzərdə tuturuq ki, Şəkidə regional bölmə yaradaq orada da imtahan keçirək. Bölmələrdə işləyən insanlar işləməliydi ki, mən görüm, onlarla bu imtahanı keçirə bilərikmi? Təkcə həmin gün Bakıdan gələn insanlarla imtahanı keçirmək mümkün deyil. İmtahandan əvvəl yerlərdə çox ciddi işlər aparılmalıdı. Bunun üçün bizim daimi regional bölmələrimiz yaradılıb. Regional bölmələrə işə qəbulla biz 2 il məşğul olduq. Hələ bölmələrdə vakansiyalar var.

  

 

  Aqil Aslan

 

  Ekspress.- 2011.- 12-14 fevral.- S.7.