“Cavad xan" İstanbulda
İstanbul Universitetinin
Avrasiya İnstitutunda Azərbaycan xalqının
öz torpağı uğrunda yadellilərə qarşı
mübarizəsindən bəhs edən "Cavad
xan" bədii filminin nümayişi olub.
Filmin nümayişindən əvvəl çıxış
edən Türk Dünyası Araşdırmalar
Vəqfinin sədri Turan Yazqan Cavad
xanın çar Rusiyasına qarşı müharibədə göstərdiyi
qəhrəmanlıq və
vətənpərvərliyin bütün türk dünyası gənclərinə
örnək olduğunu
deyib.
Bildirib ki, bu gün
milli mənliyini dərk edən və özünü türk sayan hər kəsin bu filmə baxması
vacibdir.
"Cavad xan"
filminin ssenari müəllifi Sabir Rüstəmxanlı milli-mənəvi
dəyərlərimizə qiymətli
töhfə olan bu ekran əsərinin
ərsəyə gəlməsində
Azərbaycan prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısını
vurğulayıb.
Qeyd edib
ki, gənclərimizin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında xalqımızın Cavad xan kimi
qəhrəmanlarının həyat və mübarizəsinin
təbliği böyük əhəmiyyətə
malikdir. Filmin yaradıcı heyəti də
bu missiyanı yerinə yetirmək üçün
səy və
bacarığını əsirgəməyib.
Filmin təqdimatında Azərbaycanın
İstanbuldakı baş
konsulu Həsən Zeynalov, Türkiyədə
yaşayan həmvətənlərimiz
və İstanbul Universitetinin professor-müəllim
heyəti iştirak edib.
AYXAN
Ekspress.- 2011.- 15 fevral.- S.14.