"Gənc
Tamaşaçılar" "Fəcr
ongünlüyü"ndə
Kollektiv uğurlu
ifaya görə diplomlarla təltif olunub
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
teatrının bir qrup aktyoru İran
İslam Respublikasında
hər il
ənənəvi olaraq
keçirilən 32-ci Beynəlxalq
"Fəcr ongünlüyü"
Teatr Festivalında iştirak edib.
Teatrın mətbuat xidmətindən
verilən məlumata görə, dünyanın
müxtəlif ölkələrinin
aparıcı teatr kollektivlərinin iştirak
etdiyi festival İran İslam İnqilabının
32-ci ildönümünə həsr olunub. "Dramatik İncəsənət
Mərkəzi"nin dəvəti ilə İrana yola düşən kollektiv fevral ayının 5-də
İranın Gülüstan
Vilayətinin Kurqan, fevralın 6-da isə Qumbat Qavuz şəhərlərində
dahi ingilis yazarı V.Şekspirin
"Otello" tamaşası
ilə çıxış
edib. Tamaşanın quruluşu, səhnə
və musiqi tərtibatı mərhum rejissor İrina Perlovaya məxsusdur.
Teatrın baş
rejissoru, xalq artisti Cənnət Səlimovanın rəhbərlik
etdiyi kollektivə əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, İlqar Cahangirov, Nofəl Vəliyev, Seyidşah Məmmədov,
aktyorlar Şəbnəm
Hüseynova, İradə
Rəşidova, Günel
Məmmədova, Vüqar
Məmmədəliyev, Rəşad
Səfərov, Rövşən
Abbasov, Aydın Dəmirov daxildir. Aktyorlar uğurlu ifalarına görə diplomlarla təltif olunublar.
AYXAN
Ekspress.- 2011.- 15 fevral.- S.14.