"Mən Cəmil Quliyevə böyük ümidlər bağlayıram"

 

Fərhad Bədəlbəyli: "Ən əsası odur ki, "Mədəniyyət" kanalına şou-biznes ayaq açmasın"

 

"Ən əsası odur ki, şou-biznes "Mədəniyyət" kanalına ayaq açmasın. İstəməzdim ki, bütün günü ancaq konsertlər nümayiş olunsun. "Mədəniyyət" kanalında ilk növbədə maarifçilik olmalıdır", -bu açıqlamanı APA-ya Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli verib.

O bildirib ki, Rusiyada yayımlanan "Akademiya" verilişi olduqca maraqlı maarifləndirici verilişdir: "Mən günün bir neçə saatını bu verilişə baxıram. Düşünənlər ola bilər ki, bunun mədəniyyətə dəxli var, ancaq çox dəxli var. Çünki təhsil, mədəniyyət elm bir yerdə olmalıdır. Mən bu cür verilişləri yerli kanallarda görməmişəm. Bizdə belə verilişlər sadəcə primitiv krossvord şəklində olub. Amma akademiklərin mühazirə oxuması ilə bağlı bir proqram olmayıb. İstərdim ki, bütün şairlərimiz, Nizamidən başlayaraq bu günə qədər öz yerini tapsın. Ədəbiyyat, teatr, musiqi verilişləri - bütün dünyada bu sahədə işlər yeni tendensiyalar üzərində qurulub. Bu yeni tendensiyaları tamaşaçılarımıza göstərməli öyrətməliyik".

F.Bədəlbəyli onu da əlavə edib ki, "Mədəniyyət" kanalında dünya muzeyləri haqqında ayrıca bir veriliş hazırlanmalıdır: "Gedib görməyə imkanı olmayan çoxsaylı insanlar üçün dünyanın ən məşhur muzeyləri haqqında irimiqyaslı verilişlər hazırlanmalıdır. Dünya muzeyləri, dünya teatrları haqqında verilişlər olsa, çox gözəl olar. Sözsüz ki, bu layihələrin həyata keçirilməsi üçün vəsait lazımdır, çünki plagiatlıq etmək doğru olmaz.

Düzdür, əyləncəli proqramlar da olmalıdır, ancaq ən yüksək səviyyədə konsertlər nümayiş etdirilməlidir. Maarifçilik keyfiyyət mənim üçün çox vacib amildir".

BMA rektoru qeyd edib ki, "Mədəniyyət" kanalının nəzdində yaradılması nəzərdə tutulan Bədii Şuranın işini düzgün qurması mütləqdir: "Bədii Şura tanınmış ziyalılardan ibarət olmalıdır hər il bu tərkib dəyişilməlidir. Bir il biz işlədik, sonra bizi başqaları əvəz etsin. Monopoliya yaratmaq lazım deyil. Sözsüz ki, Bədii Şuranın üzərinə böyük məsuliyyət düşür. Mən Cəmil Quliyevə böyük ümidlər bağlayıram".

Söhbət əsnasında Fərhad Bədəlbəyli İspaniyaya getməyə hazırlaşdığını da deyib. İspaniyaya fevralın 26-da yola düşəcəyini 5 gün qalacağını söyləyən sənətkar dünya şöhrətli dirijor violançel ifaçısı Dmitri Yablonski ilə birgə məşhur "Naxos Music" şirkətinin təklifi əsasında üç sonata hazırlayacaq.

 

 

AYXAN

 

Ekspress.- 2011.- 17 fevral.- S. 23.