Qaradağlı
qətliamından 19 il ötdü
Ermənistan Silahlı Qüvvələrinin
Xocavənd rayonunun Qaradağlı
kəndini işğal
etməsindən 19 il ötdü. "Dağlıq Qarabağın
Azərbaycanlı İcması" İctimai
Birliyi ildönümlə
bağlı dünən tədbir keçirib.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, 1992-ci il fevralın
17-də Qaradağlı kəndi qeyri-bərabər
döyüşdə ermənilər tərəfindən işğal edilib. İşğal zamanı 91 azərbaycanlı qətlə
yetirilib, 118-i əsir götürülüb. Əsirlərdən
50 nəfəri Xankəndi və Əsgəranda 2 aydan artıq
saxlanılıb. Əsirlərdən 68-i öldürülüb,
50 nəfəri isə böyük
çətinliklərlə əsirlikdən
xilas edilib (APA).
Erməni işğalı
nəticəsində Qaradağlı
kəndində 200 yaşayış
evi, 1 mədəniyyət
evi, orta məktəb, xəstəxana
və digər obyektlərin dağıdıldığını
deyən E.Hüseynov,
bu vəhşiliklərin
beynəlxalq terrorçu,
ASALA-nın rəhbərlərindən
olan Monte Melkonyan tərəfindən həyata
keçirildiyini vurğulayıb
(Ermənilərin milli
qəhrəman adı
verdikləri M.Melkonyan
1993-cü ilin iyununda Azərbaycan əsgərləri
tərəfindən layiqli
cəzasını alıb).
Qaçqın və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
sədri Əli Həsənov isə Qaradağlı faciəsinin
Xocalı faciəsi öncəsi xəbərdarlıq
olduğunu söyləyib
və bu hadisənin qarşısının
alınmamasına görə
o vaxtkı siyasi rəhbərliyi günahlandırıb:
"Bu vəhşilikdən nəticə çıxararaq
ermənilərin nəyə
hazırlaşdığını bilmək olardı. Təəssüf ki, Azərbaycanın o vaxtkı
rəhbərliyi, hüquq-mühafizə
orqanları, siyasətçiləri
bu faciədən nəticə çıxara
bilmədilər və
Xocalı faciəsi baş verdi".
Xatırladaq ki,
erməni hərbi birləşmələri Rusiya
Silahlı Qüvvələrinin
Xankəndidə dislokasiya
olunan 366-cı motoatıcı
alayının hərbi
texnikasının və
canlı qüvvəsinin
dəstəyi ilə
1992-ci il fevralın 15-dən başlayaraq,
azərbaycanlılar yaşayan
Qaradağlı kəndinə
hücum edib. İki gün
çəkən ağır
döyüşdən sonra mühasirəni yaran ermənilər
fevralın 17-də kəndi işğal
ediblər.
Ekspress.-2011.- 18 fevral.- S.4.