Döyüşçü rəssamın "ümid" sərgisi
Sumqayıtda istedadlı rəssam, Qarabağ
müharibəsi iştirakçısı
İntiqam Ağayevin sərgisi açılıb
Sumqayıtda istedadlı rəssam, Qarabağ müharibəsinin
iştirakçısı İntiqam
Ağayevin əsərlərinin
sərgisi keçirilir. Keçmiş
döyüşçü vaxtilə onun çağırış
siqnalı olmuş
"Asiman" sözünü
yaradıcılıq təxəllüsü kimi
seçib. Xocalı faciəsinin növbəti
ildönümünə həsr edilmiş
vernisaj Sumqayıt
Dövlət Rəsm Qalereyasında nümayiş
etdirilir. Sərgi bu ayın sonuna qədər davam edəcək.
Qanlı cəbhə yollarından
keçmiş, neçə-neçə
itkilərin şahidi olmuş rəssam müharibənin dağıdıcı
energetikasını ədalətin,
həyatın qələbəsi
və təntənəsi
kontekstində təsvir
edir. Sərgilənən əsərlər arasında "Ümid var" adlı rəsm tamaşaçıların
xüsusi marağına
səbəb olub.
Bu əsərdə qarlı təpə üstündə əyləşmiş,
əlində avtomat gözlərini uzağa zilləmiş Azərbaycan
döyüşçüsü təsvir edilib. Onun yanında torpağın hələ donu açılmamış qatından
baş qaldıran yaşıl fidan təsvir edilir. Bu əsər işıqlı
gələcəyə, haqqın-ədalətin
təntənəsinə inam
rəmzidir.
Sərginin açılış mərasimində şəhər
Mədəniyyət və
Turizm idarəsinin rəhbərləri, yaradıcı
ictimaiyyətin nümayəndələri
və rəssamın cəbhə dostları iştirak ediblər.
AYXAN
Ekspress.- 2011.-19-21 fevral.-
S.31.