Şah İsmayılın mədəniyyət mirası
(Abdulla Güllə birgə Təbriz səfərindən təəssüratlar)
Arxada "Nəqşi-Cahan" - Şah
Meydanı
Təbriz, İranın Qərbi Azərbaycan əyalətinin başkəndi. Əhalisinin
tamamı Azərbaycan
Türkü... Şah
İsmayıl 1504-cü ildə Təbrizi
alaraq paytaxt yaparkən 13 yaşında idi.
Türkmən ələvilərin
"mürşid-i kamil"i Təbrizdə Şah oldu.
Təbrizdə Azərbaycan muzeyinə getdiyimizdə
ilk sualım "Şah
İsmayıldan nələr
var?" oldu.
Şah İsmayılın
qılıncı və Çaldıran
savaşında geyindiyi zireh, təəssüf, Tehrandakı "Gülüstan" Muzeyinə aparılıb. İsmayılın
basdırdığı bir neçə "pul" (para)
var sadəcə.
Səfəvi
mədəniyyətinin seçmələri
İsfahandadır. Səfəvi tarixinin "möhtəşəm"
hökümdarı Böyük
Abbasın (1571-1629) paytaxtıdır İsfahan.
Səfəvi
paytaxtının Azəri-Türk Təbrizdən
fars İsfahana köçürülməsi ayrı bir mövzudur. Amma
bu bir gerçəkdir
ki, Səfəvi mədəniyyətinin brilyantı
İsfahandır. İsfahan üçün "nisf-i
cahan" (cahanın yarısı) deyərlərdi ki,
doğrudur.
Səfəvi gözüylə Çaldıran
İsfahanda qırx sütunlu sarayda fövqəladə canlı
divar rəsmləri var; 17-ci əsrdə yapılmış. Bunlardan biri Çaldıran savaşı: Rəsmin
altındakı ingiliscə lövhədə, Şah
İsmayılın "Müsəlman
müsəlmana qarşı atəşli silah
istifadə etməz"
deyə düşündüyü üçün Səfəvi
ordusunda atəşli silah olmadığı, Osmanlı ordusunun əlindəki tüfəng və toplarla
savaşı qazandığı
yazılıb.
Tarixi hər kəs beləcə yenidən yazar!
Halbuki,
Şah atəşli silahlar üçün çox çalışmış, İtaliyadan topçular gətirtmiş, fəqət, türkmən
süvarilər
"mərdliyə sığmayan əməl" hesab edərək atəşli silahları rədd etmişlər.
"Tüfəng icad oldu, mərdlik pozuldu" kültürü!
Osmanlı ordusu hərbi,
texnoloji və təşkilatçılıqda daha irəliydi.
Rəsmin ortasında ağ at üstündə Şah
İsmayıl, sol
tərəfdə yenə ağ at üzərində Yavuz... Əslində Yavuz saqqalsızdı, amma rəsimdə saqqalı çəkmişlər.
Abbasın ən
böyük
əsəri "Nəqşi-Cahan" Meydanıdır, digər adı Meydan-ı Şah...
İnqilabdan sonra
adına İmam Meydanı
demişlər. Tarixi adların
dəyişdirilməsi böyük
xətadır. Neyse... Türkiyədə
örnəyi yox. Dünyada
varmı, bilmirəm.
Osmanlı və Səfəvi
Türkiyədə Səfəvi mədəniyyəti
haqqında araşdırmaların aparılmaması üzücüdür. Orta
Asiyadan başlayaraq, Səlcuqlu,
Hinddə Babur, İranda
Səfəvi, Anadolu və
Balkanlarda Osmanlı mədəniyyətləri
həm qardaş, həm
rəqib mədəniyyətlərdir.
Dinlədiyimiz Behrend Kufigər "mən sufiyəm" dedi; "Hansı?" deyə sordum, "Həzrəti Rumi" deyə cavab verdi. Şah
İsmayıl
Xətayinin nəfəslərini söyləyirdi.
Səfəvi
memarlığı ilə Orta Asiya memarlığı çox
bənzər;
"Nəqşi-Cahan"ı gəzərkən
Səmərqənddəki Registan meydanını xatırlayarsınız.
Yavuzu
və Şah
İsmayılı birlikdə rəhmətlə anıram.
İsfahana Türk Hava Yolları səfərləri başlayır. Tövsiyə
edirəm, getmişkən Şəmsin və
İsmayılın şəhəri Təbrizə baş çəkməyi
unutmayın.
Taha Akyol,
"Milliyet" qəzetinin köşə yazarı
Ekspress.- 2011.- 19-21 fevral.- S.17.