Yaddaşımızdakı
səs...
Şərqdə muğam dəsgahlarının
ilk ifaçısı, səhnəmizin lirik Leylisi, ustad xanəndə,
Azərbaycanın xalq artisti Sara Qədimovanın adı musiqi
tarixinə qızıl hərflərlə yazılıb.
Onun adı Cabbar
Qaryağdı oğlu, Seyid
Şuşinski, Hüseynqulu Sarabski, Həqiqət
Rzayeva, Xan Şuşinski
kimi görkəmli
sənətkarlarla bir sırada
çəkilir.
Sara xanımla
bağlı xatirələr
xanəndənin
yaradıcılığının
tədqiqatçısı
və yorulmaz təbliğçisi
Çingiz Fərəcovun
yaddaşına əbədi
həkk olub. Sara Qədimova onun
ən çox sevdiyi müğənnidir və deyir ki, ilk dəfə
Sara xanımı yaxından 1956-cı ilin may ayının 28-də
Şuşada görübmüş.
"Hacı
Məmmədov
və Əbülfət
Əliyevlə
birlikdə Cıdır
düzündə
konsert verirdi. Biz, bir dəstə
uşaq Sara xanımı həyatda, canlı olaraq yaxından
gördüyümüz üçün fərəh və
qürur hissi keçirirdik. Ona lap yaxndan tamaşa edirdik.
Hamımızın əynindəki eyni rəngli, eyni
formalı paltar Sara xanımın gözündən
yayınmadı və kimliyimizlə maraqlandı. Uşaq evindən
olduğumuzu biləndə, bizi bir-bir qucaqlayıb
bağrına basdı".
Çingiz
müəllim deyir
ki, böyük
xanəndənin
gözünün
yaşarmasını
indi də xatırlayır":Həmin gün axşam Sara xanım Əbülfət Əliyevlə birlikdə bizim yaşadığımız 5 nömrəli uşaq evinə gəldi. Şəraitimizlə
tanış oldu: təlim-tərbiyə məsələsiylə
maraqlandı, yataq otaqlarımıza baxdı, yeməkxanada yeməyin
keyfiyyətini yoxladı və sair. Sevimli
qonaqlarımız bununla kifayətlənmədilər. Elə
həmin axşam Sara xanım biz uşaqlar üçün
konsert verdi. Bütün qonum-qonşular da onu görmək,
dinləmək üçün uşaq evinə gəlmişdilər.
Sara xammın ifa etdiyi Şəfəqə Axundovanın
"Hind qızı", "Qara tellər" və
"Şahnaz" muğamının sədaları indi də
qulağımdan getmir. Bizdən ayrılanda hamımızı
bir-bir bağrına basıb öpdü".
Çingiz Fərəcov
o gündən
Sara xanımla
məktublaşmağa
başlayıb:
"Ona "ana" deyə
müraciət
edirdim. 1957-ci il mart ayının 21-də xəbər
verdilər ki, Sara xanım uşaq evinə gəlir. Deyilən
vaxt müğənni həqiqətən gəlib
çıxdı. Fatma Mehrəliyeva da onunla bir yerdəydi.
Amma bu adi səfər deyildi. Bizim üçün gözlənilməz
hadisə baş verdi. Nə olsa yaxşıdır? Sara
xanım hamımıza - 57 uşağın hər birinə rəngli
kiçik alabəzək torba tikib gətirmişdi. Həmin
torbaların içində o vaxtadək görmədiyimiz,
adlarını az hallarda eşitdiyimiz şəkərbura,
paxlava, müxtəlif şirniyyatlar var idi. Hər uşağa
bir torba verdi. Hamımız sevinirdik. Bizə sanki
dünyanı bağışlamışdılar.
Uşaqlardan Atəş, Əhriman,
Ayaz, Arzuman, Sehrimanla birlikdə torbanı
çiynimizə asıb,
Şuşanın
küçələrini
gəzirdik. Qürurla
hamıya deyidik ki, bu hədiyyəni Sara xanım gətirib...
Yaşa dolduqdan sonra daim onunla əlaqə saxlayırdım. Nə
gizlədim, həmişə xeyirxah münasibətini
gördüyüm Sara xanım həyatda mənə anadan,
bacıdan artıq olub".
Ötən
əsrin
50-60-cı illəri
Sara xanımın
şöhrətinin gurlayan vaxtları idi.
Onun ifa etdiyi "Tar çalan oğlan", "Ay işığında",
"Pıçıldaşın ləpələr",
"Ürəkdir sevən səni", "Nə vaxta
qaldı" və onlarca başqa mahnılar dillər əzbəri
idi.
Sara xanımın
oxusunu çətin unudarıq. Çox
yaxşı yadımdadı, onun ifasında Hacıbaba Həsənovun
"Xatirələr", Səid Rüstəmovun
"Haralısan", ərəb dilində səslənən
"Xəyalımın nuru", "Ya mayilə" və
farsca yazılmış "Peşman olmuşam", "Mən
baharam", "Getdim ki, getdim" mahnılarını dinləməkdən
doymursan. O nəğmələr bizə doğmadan
doğmaydı.
Sara xanımı
başqa ifaçılardan
fərqləndirən
bir sıra
üstün cəhətlər
var. Muğam sənətinin sirlərinə
Şövkət Ələkbərova və Gülağa Məmmədovla
birgə Hüseynqulu Sarabskinin sinfində aldığı dərslərdə
yiyələnən Sara Qədimova peşəkar səhnədə
ilk addımlarını atan gündən şöhrət
qazanıb və sevilib. Ustad sənətkarın hər
üç yetirməsi 1942-ci ildə indiki Musiqili Komediya
Teatrının binasında verdiyi konsertdə "Rast"
muğamını oxuyurlar. Sara xanım muğamın ən
zil yerini ifa edir. Konsertdən sonra Hüseynqulu Sarabski səhnəyə
çıxıb fikirlərini söyləyir: "Bu
üç müğənninin böyük gələcəyi
var. Şövkətlə Gülağa mahnı
ifaçılığına daha çox üstünlük
verib, onu davam etdirməlidir. Sara isə böyük muğam
ustası olacaq. Onun həm bəm, həm də çox zil səsi
var. Görünür, bu günlərdə Sara "Leyli və
Məcnun" operasıda Leyli rolunu ifa etməyə dəvət
olunacaq".
1945-ci
ildən başlayaraq
gənc xanəndə
"Mahur Hindi" və
"Bayatı Şiraz" muğamlarını
oxuyur. Bu zaman onun vur-tut 23 yaşı vardı. Az
vaxtda məşhurlaşan, şöhrət qazanan Sara
xanımın elə bir konserti olmazdı ki, Səməd
Vurğun iştirak etməsin. Böyük şair onun sənətinə
heyran idi. Xüsusilə Sara xanımın
ifasında "Segah" muğamını dinləməkdən
doymazdı. 1956-cı il mayın 27-də S.Vurğunun 50 illik
yubileyi qeyd olunarkən, proqrama şairin sevdiyi muğam və
mahnılar salınmışdı. Həmin gün Sara
xanım konsertdə "Segah" muğamını
oxumuşdu.
O, şer, qəzəl vurğunu
idi, beş yüzdən çox qəzəl
bilirdi. Başda Xan əmi olmaqla, bütün
müğənnilər onun bu qədər qəzəli necə
əzbərlədiyinə təəccüblə
yanaşır, heyrətlənirdilər. Sara
xanım Bülbüldən sonra istər bəmdə, istərsə
də zildə sözləri çox açıq, çox
ayın tələffüz edən ikinci müğənni idi.
Onda olan
diksiya heç kəsdə yox idi.
Sara xanım
muğamlarımızın və mahnılarımızın
ilkinliyini qoruyub saxlayan sənətkar kimi seçilirdi. Bu işdə onun tayı-bərabəri yox idi.
O, mövqeyini bircə cümləylə, amma dolğun şəkildə
əsaslandırırdı: "Əgər xalq bu
mahnını yaradıb, ona öz möhürünü
vurubsa, ona ikinci bir əlavənin edilməsinə ehtiyac
qalmır".
Hüseynqulu Sarabski, Zülfü
Adıgözəlov, Seyid Şuşinski və Xan
Şuşinski Sara xanımın sənət müəllimləri
idilər. Ötən əsrin ortalarında ölməz sənətkar,
təkrarsız müəllim Seyid Şuşinski gənc
ifaçının əməyinə yüksək qiymət
vermişdi":Heç bir qadın
müğənni muğamları Sara xanım kimi
füsunkarcasına oxuya bilmir. Onun səsi
muğamlarımıza yatımlıdır. Füzuli və Şirvaninin qəzəlləri Sara
xanımın səsinə çox yapışır".
Azərbaycan incəsənəti
tarixində qadın müğənnilərin heç biri Sara
xanım qədər muğam ifa etməyib, Onun ifasında
radionun qızıl fondunda 7 muğamın - "Şur dəsgahı",
"Mahur Hindi", "Xaric segah", "Bayatı
Şiraz", "Segah", "Qatar",
"Şahnaz"ın lent yazıları saxlanılır. Sara xanım ilk qadın sənətkardı ki,
"Şur", "Mahur Hindi" muğamlarını dəsgah
halında başdan-ayağa ifa edib. Seyid
Şuşinski deyirmiş ki, "
Sara xanımı muğam
ifaçılığındakı üstünlüklərini
nəzərə alan üç görkəmli
sənətkar - Fikrət Əmirov, Niyazi və Mehdi Məmmədov
1956-cı ildə onu opera və balet teatrına dəvət
edirlər. O, burada Leylinin və Əslinin parlaq səhnə
obrazlarını yaradır. Sara xanım xanəndə-aktrisa
kimi fəaliyyət göstərdiyi təqribən on il müddətində Əlövsət
Sadıxov, Əbülfət Əliyev, Qulu Əsgərov və
başqa görkəmli ifaçılarla tərəf-müqabil
olur.
Misir Ərəb
Respublikasmm prezidenti Camal Əbdül Nasir, Türkiyənin
keçmiş prezidenti Süleyman Dəmirəl Sara
xanımın sənətini yüksək qiymətləndirirdilər.
Azərbaycana birinci səfəri zamanı Sara xanımı
dinləyən Süleyman Dəmirəl 29 il
sonra onu şəxsi qonağı kimi Türkiyəyə dəvət
etmişdı.
Rəşid
Behbudovdan sonra 1950-60-cı illərdə Sara xanım qədər
xarici ölkələrdə ən çox konsert verən,
dünya xalqlarının mahnılarını ifa edən
ikinci bir müğənni yox idi. O, 22 ölkədə
Azərbaycan incəsənətini təmsil etmişdi,
İran, İndoneziya və Efiopiyanın dövlət
mükafatlarına laiq görülmüşdü.
Sara Qədimovanın
bənzərsiz, ürəyə yatımlı və çox
geniş diapazonlu, yaddaqalan səsi vardı. Belə yüksəkəyarlı səs ona
bütün muğamları və çətin
mahnıları oxumağa imkan verirdi. Məsələn,
"Bayatı Şiraz" muğamını tamam dəsgah
oxumaq hər qadın ifaçının işi deyil. Hətta
bəzi kişi müğənnilər belə
"Bayatı Şiraz"ın öhdəsindən
ustalıqla gələ bilmirlər. Muğamın
axırıncı hissəsi çox zil səs tələb
etdiyindən ifaçı çətin vəziyyətə
düşür. Nədən ki,
qışqırıq səsinin köməyilə bir təhər
nəsə eləməyə çalışanların
"hünəri" açıq-aydın
görünür. Bu anda onların
üz-göz əzələlərinin gərilməsi, daxili,
psixoloji gərginlikləri tamaşaçılarda təəssüf
hissi yaradır. Sara xanımsa heç bir
çətinlik çəkmədən muğama yekun vurmaqla
gurultulu alqışlarla mükafatlandırılmağı
bacarırdı.
Korifey müğənni
hər mahnını repertuarına daxil etməzdi. Yaşa
dolan çağlarında bu barədə söhbət
düşəndə zarafatla deyərdi: "Bu yaşımda
"Kəpənək", "Çay" kimi ucuz mahmlar
oxuyum? Bəs eşidənlər, tanıyanlar mənə
nə deyər, qınamazlarmı?"
Çox mürəkkəb
mahnılara üz tutardı. Məsələn, Şəfiqə
Axundovanın "Məhəbbət təranələri",
"Axı mən nə dedim" və "Lirik
mahnı"sı, Hacıbaba Həsənovun "Xatirələr"i,
xalq yaradıcılığına məxsus "Qara
qaşın vəsməsi", ara-sıra səslənməyinə
baxmayaraq, nəqarətindəki xırdalıqları heç
bir müğənninin təkrar edə bilmədiyi "Nə
vaxta qaldı" (müəllifi - Qənbər Hüseynli)
mahnısı bu qəbildəndi. Məhz bu
mahnıları heç kəs Sara xanım kimi ifa edə bilməyib.
Və yeri gəlmişkən, həmin bəstələr
təəssüf ki, bu gün demək olar oxunmur. Vaxtilə Sara xanımın ifasında səslənən
bir sıra mahnıları Şövkət Ələkbərova
və Fatma Mehrəliyeva lentə yazdırsalar belə, sonra
onun efirə getməsindən özlərinin imtina etməsi təsadüfi
deyil.
Bir sıra fəxri
mükafatlarla təltif edilən Sara Qədimova Azərbaycanın
zəngin musiqi tarixində özünə layiq yer tutub. Oxuduğu muğamlar, xalq və bəstəkar
mahnıları, dünya xalqlarının nəğmələri
musiqi yaddaşımıza əbədi həkk olub.
Sara xanımın ifasında səkkiz
muğam dəsgahı, dörd yüzdən artıq xalq, bəstəkar
mahnısı, o cümlədən iyirmi beş
xarici ölkə nəğməsi lentə alınaraq Dövlət
Səs Yazıları Arxivində və Azərbaycan Televiziya və
Radio Verilişləri QSC-nin qızıl fondunda qorunur. Bu qiymətli sənət inciləri milli mədəniyyətimizin
parlaq nümunələri kimi daima yaşayacaq.
(ardı var)
Seymur Elsevər
Ekspress.- 2011.- 19-21
fevral.- S.14.