II Respublika Muğam Müsabiqəsi açıldı
Fevralın 21-də Kamera
və Orqan Musiqisi Zalında Heydər Əliyev Fondu, Mədəniyyət və
Turizm, Təhsil nazirlikləri və Milli Konservatoriyanın təşkilatçılığı
ilə keçirilən II Respublika Muğam Müsabiqəsinin
açılış mərasimi olub. Mərasimdə mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və
təhsil nazirinin müavini
Elmar Qasımov çıxış edərək
II Beynəlxalq Muğam Festivalı
barədə məlumat veriblər.
Qeyd olunub ki,
II Respublika muğam müsabiqəsinin
üç qalibi Azərbaycanı müvafiq festivalda təmsil edəcək.
Milli Konservatoriyanın rektoru
Siyavuş Kərimi bildirib ki, müsabiqəyə
qatılan 40 iştirakçıdan
18-i ilkin mərhələyə
keçib.
Ən güclü
iştirakçılar növbəti
mərhələdə mübarizə aparacaqlar.
Üç qalib
ifaçı isə fevralın 24-də müəyyənləşəcək.
Həmin gün qaliblər
mükafatlandırılacaq və
festivalın bağlanış mərasimi olacaq.
Çıxışlardan sonra
püşkatma keçirilib.
Müvafiq olaraq 18 iştirakçı öz
ifasını təqdim
edib.
Qeyd edək ki, iştirakçıları peşəkar münsiflər
heyəti müəyyənləşdirəcək. Siyavuş
Kəriminin rəhbərlik
etdiyi münsiflərin
sırasında xalq artistləri Əlibaba Məmmədov,
Arif Babayev, Ramiz Zöhrabov, Mənsum İbrahimov, Nəzakət
Teymurova, Aygün Bayramova və Zabit Nəbizadə var.
Ekspress.- 2011.-22 fevral.-
S.23.