Aytən Məhərrəmova birinci oldu

 

II Respublika Muğam Müsabiqəsi başa çatdı

 

Fevralın 24-də Kamera Orqan Musiqisi Zalında Heydər Əliyev Fondu, Mədəniyyət Turizm, Təhsil nazirlikləriMilli Konservatoriyanın təşkilatçılığı ilə keçirilən II Respublika Muğam Müsabiqəsinin bağlanış mərasimi olub. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov belə bir müsabiqənin keçirilməsini yüksək qiymətləndirib.

Nazir istedadlı gənclərin üzə çıxarılması üçün hər cür şəraitin yaradıldığını deyib.

Sonra son mərhələyə keçən 6 iştirakçı arasından seçilən üç yerin qalibinin adları açıqlanıb. Belə ki, münsiflər heyətinin qərarı ilə Nişanə Baxışova III, Ehtiram Hüseynov II, Aytən Məhərrəmova isə I yerə layiq görülüb.

Qeyd edək ki, Aytən Məhərrəmova Mənsum İbrahimovun, Ehtiram Hüseynov Arif Babayevin, Nişanə Baxışova isə Əlibaba Məmmədovun tələbəsidir. Qaliblər elan olunduqdan sonra Misir Mərdanov təklif irəli sürüb: "Mən təklif edirəm ki, diplomla yanaşı, pul mükafatı da olsun. Birinci yerin qalibinə 2 min, ikinci üçüncü yerin qaliblərinə 1500 manat pul mükafatı verilsin. Münsiflər heyətinin üzvlərini isə rəsmi qonaqlığa dəvət edirəm".

Təhsil naziri son illər muğama diqqət yetirildiyini xatırladaraq bu qədim musiqi sənətinin qorunub saxlanmasının vacibliyindən danışıb. Ümumilikdə müsabiqədə 40-a yaxın şəxsin iştirak etdiyini deyən təhsil naziri bu rəqəmin Azərbaycan üçün çox az olduğunu bildirib. Onun sözlərinə grə, 40 nəfərin içərisindən yaxşıların yaxşısını seçmək çətin məsələdir.

Mərasim qaliblərin çıxışları ilə başa çatıb. Məhz bu üç qalib Azərbaycanı martın 14-dən 21-ə qədər Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalında təmsil edəcək. Xatırladaq ki, Siyavuş Kəriminin rəhbərlik etdiyi münsiflər heyətinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova Zabit Nəbizadə daxil idi.

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi isə II Beynəlxalq Muğam Festivalından danışaraq I yerə layiq görüləcək ifaçıya 20 min, II yerə layiq görüləcək ifaçıya 15 min, III yerə layiq görüləcək ifaçıya isə 10 min avro mükafat veriləcəyini açıqlayıb.

S.Kərimi Bynəlxalq Muğam Festivalına Babək Niftəliyev əməkdar artist Fərqanə Qasımovanın da qatılacaqlarını bildirib.

 

 

A.İSMAYILOĞLU

 

Ekspress.- 2011.- 25 fevral.- S. 23.