Meksika Konqresinin üzvü
Markos Peres:
"Xocalı yer üzündən
insan əli ilə silinib"
"Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir"
Ombudsman həmkarlarına müraciət
etdi
İnsan Hüquqları
üzrə Müvəkkil Aparatında
Xocalı faciəsinin 19-cu ildönümü
ilə əlaqədar
anım mərasimi keçirilib. Ombudsman Aparatından verilən məlumata görə,
ombudsman Elmira Süleymanova bəşər tarixinin
ən qanlı səhifələrindən
olan Xocalı soyqırımının növbəti ildönümü günlərində
faciəni törədənləri bir daha
tanıtmağın, erməni vandalizmini, Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə
çatdırmağın böyük
əhəmiyyət kəsb
etdiyini bildirib.
Qeyd olunub ki, insan hüquqlarının
kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı
soyqırımına hələ
də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi,
terrorçu əməllərə
qarşı qəti tədbirlər görülməməsi
hiddət və təəssüf hissi doğurur.
Beynəlxalq təşkilatların məlum münaqişənin
həllinə yönəlmiş səyləri ikili
standartlara yol vermədən,
beynəlxalq hüquq norma
və prinsiplərinə tam
uyğun həyata
keçirilməli, Ermənistan dövlətinə
qarşı səlahiyyətli beynəlxalq qurumlar
tərəfindən sanksiyalar
tətbiq edilməlidir.
Bu işğalçı dövlət
ərazi iddialarından əl çəkərək,
münaqişə ilə bağlı qəbul edilmiş
beynəlxalq sənədlərin
müddəalarını yerinə yetirməli, Azərbaycanın
ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı
qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa
edilərək onlar öz
doğma yurdlarına qayıtmalı, əsir
və girovlar azad
olunmalıdır. Müvəkkil səlahiyyətli
beynəlxalq qurumları Xocalı soyqırımını
törədən işğalçı Ermənistan dövlətinə
qarşı sanksiyalar tətbiq
etməyə, dünya ictimaiyyətini
Azərbaycan xalqının haqq işini dəstəkləməyə çağırıb.
Anım mərasimində
Xocalı soyqırımının
19-cu ildönümü ilə
əlaqədar E.Süleymanovanın
BMT-nin baş katibi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı,
Avropa Komissiyası, Avropa Şurası, ATƏT,
Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif
ölkələrin ombudsmanları,
Azərbaycan Respublikasının
xarici ölkələrdəki,
xarici ölkələrin
respublikamızdakı səfirlikləri
və Azərbaycanın
diaspor təşkilatlarına
ünvanladığı bəyanat
səsləndirilib və
dəstəklənib.
Bəkir NƏRİMANOĞLU
Ekspress.- 2011.- 25 fevral.- S.5.