"Xocalı
-şəhid şəhər"
Milli Kitabxanada
kitab sərgisinin açılışı oldu
Dünən Milli Kitabxanada Xocalı faciəsinin 19-cu
ildönümü münasibəti
ilə "Xocalı
-şəhid şəhər"
adlı kitab sərgisinin açılışı,
həmçinin, "Soyqırım
cinayəti" və
S.Məmmədovun "Xocalı
soyqırımı" kitablarının
təqdimat mərasimi
keçirilib.
SİA-nın
məlumatına görə, tədbir Milli Kitabxananın
hazırladığı "Xocalı" adlı elektron məlumat
bazasının təqdimatı ilə başlayıb. Bu məlumat
bazasına "Soyqırım", "Xocalı rayonu",
"Kitablar", "Ermənilərin etirafı" kimi
bölmələr yerləşdirilib ki, artıq neçə
gündür, dünya oxucuları bu bazadan istifadə edirlər.
Daha
sonra tədbiri açan kitabxananın direktoru Kərim Tahirov
bildirib ki, "Xocalı soyqırımı"
kitabçası gənclərimizin və xarici qonaqların bu
barədə məlumatlandırılması məqsədilə
tərtib olunub: "Bu məlumat kitabçası Qarabağ
döyüşlərində erməni təcavüzkarlarına
qarşı vuruşan, ermənilərin azərbaycanlılara
qarşı törətdikləri faciələri gözləri
ilə görən polkovnik Sadir Məmmədov tərəfindən
qələmə alınıb. Dünya ictimaiyyətinə
müraciətlə başlanan bu nəşrdə
Xocalının erməni faşistləri tərəfindən
yerlə yeksan edilməsindən, dinc əhalinin şahidi
olduqları hadisələrdən bəhs olunur.
Eyni
zamanda, kitabçada vəhşicəsinə qətlə
yetirilən insanların fotoşəkilləri də verilib".
Mədəniyyət
və turizm nazirinin I müavini Vaqif Əliyev isə
çıxışında vurğulayıb ki, bu faciə
Dağlıq Qarabağ münaqişəsi zamanı baş
vermiş ən dəhşətli hadisələrdən
biridir: "Xocalı soyqırımını XX əsrin ən
dəhşətli və qəddar faciələrindən biri
hesab etmək olar. Bu faciə iki yüz ilə yaxın bir
müddətdə erməni şovinist-miilətçiləri
tərəfindən azərbaycanlılara qarşı müntəzəm
olaraq həyata keçirilən etnik təmizləmə və
soyqırımı siyasətinin davamı və ən
qanlı səhifəsidir".
V.Əliyev,
həmçinin, çıxışında Xocalı
müsibətlərini, o ağrılı günləri bir
daha yada salıb və bu genosidin heç vaxt Azərbaycan
xalqının yaddaşından silinməyəcəyini qeyd
edib.
Ekspress.-2011.-26-28 fevral.- S.31.