"Xocalı soyqırımı" sərgisi

 

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda "Xocalı soyqırımı" adlı sərgi-müsabiqənin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirib ki, rəsm rəngkarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət müasir incəsənət nominasiyaları üzrə keçirilən müsabiqəyə 125 əsər təqdim olunub. Onlardan 82-si I mərhələyə keçib.

F.Xəlilov bu əsərlərin bir həftə ərzində sərgilənəcəyini, qaliblərin bu müddət ərzində müəyyənləşəcəyini deyib.

İttifaq sədri Xocalıda baş verən hadisələri, ermənilər tərəfindən törədilmiş soyqırım cinayətlərini əks etdirən təsviri sənət əsərlərinin Azərbaycan rəssamlarının yaradıcılığında mühüm yer tutduğunu vurğulayıb.

Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev nazirliyin tabeliyində olan bütün qurumlar tərəfindən Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Müsabiqənin əhəmiyyətindən danışan nazir müavini qeyd edib ki, qalib əsərlər müxtəlif beynəlxalq sərgilərdə nümayiş olunacaq.

Qeyd edək ki, Mədəniyyət Turizm Nazirliyi tərəfindən sərgidə birinci yeri tutan əsər üçün 2000 manat, ikinci yer üçün 1500 manat, üçüncü 1000 manat ayrılıb, 300 manat məbləğində həvəsləndirici mükafat müəyyən edilib. Təqdim olunmuş əsərləri MədəniyyətTurizm Nazirliyi Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirəcək və ən yüksək bədii əhəmiyyətə malik əsərlərin müəllifləri müvafiq nominasiyalar üzrə mükafatlandırılacaqlar.

  

 

AYXAN

 

Ekspress.- 2011.- 26-28 fevral.- S.31.