Bəşəriyyətə qarşı cinayət...

 

Xocalı soyqırımından 19 il ötdü

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının hərbi texnikası heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edərək, minlərlə insanı qətlə yetirdi. Bu soyqırım Dağlıq Qarabağ uğrunda gedən müharibənin ən dəhşətli hadisələrindən biridir.

Fevralın 25-i gecə Xocalı toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu, səhərə yaxın isə şəhər tamamilə alov içərisindəydi. Şəhər üç istiqamətdən atəşə tutulduğundan əhali canını qurtarmaq üçün Əsgəran istiqamətinə üz tutmuşdu. Məkrli düşmənlərin hiyləsi bu dəfə işə yaramışdı. Belə ki, Xocalı sakinlərinin çox hissəsi məhz Əsgəran Naxçevanik ərazisidə ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdi.

Mühasirədə olan şəhərin 2500 əhalisi canını ölümün pəncəsindən qurtarmaq ümidi ilə şəhəri tərk etsə onlardan 613-ü qətliamın qurbanı oldu. Soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca qarı olmaqla - 613 nəfər Xocalı sakini öldürüldü. 8 ailə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Faciə zamanı yaralananların 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir götürüldü, 150 nəfər itkin düşdü.

Qətliamda 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarnı yarılmışdı.

Həmin gün əhaliyə dövlətə 5 milyard rubl dəyərində ziyan vurulub.

 

 

Ekspress.-2011.-26-28 fevral.- S.5.