Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır
Məmmədəmin
Şəkinski
Azərbaycanda ötən əsrin ən
qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli
ötən şənbə saylarımızda)
Bağırov və Şəkinski
Arxivlərin yaradılması,
saxlanılması və sistemləşdirilməsi həmişə
Azərbaycanın ağrılı problemi
olmuşdur. Azərbaycan SSR Xalq Komissarları Sovetinin
(XKS) 17 iyul 1940-cı il
qərarında bildirilir ki,
bir sıra xalq
komissarlıqlarının, mərkəzi orqan
və müəssisələrin arxivləri günün
tələblərinə cavab vermir, idarələrin arxiv
materialları sahmana salınmayıb və
pis şəraitdə saxlanılır.
XKS-nin
arxivdən götürdüyümüz həmin qərarında
deyilir:
"Arxiv materiallarının vəziyyətinə və
saxlanılmasına məsuliyyətsiz yanaşma nəticəsində
qiymətli arxiv sənədlərinin mənimsənilməsi və
korlanması hallarına yol verilib.
Yevlax, Bərdə,
Ağdam, Şamxor, Zəngilan, İmişli, Dəvəçi,
həmçinin Naxçıvan MSSR-in rayonlarında arxivlər
hələ də müvafiq işçilərlə təmin
olunmayıb, arxiv materialları qalaq halında anbarlara doldurulub
və qorunması təmin edilməyib.
Azərbaycan
SSR Xalq Komissarları Soveti (XKS) Qərara alır:
1. Xalq
komissarları Əliyev, Qasımov, Nağıyev
yoldaşların, Ağdam, Yevlax, İmişli, Şamxor, Dəvəçi
rayon icraiyyə komitəsi sədrlərinin nəzərinə
çatdırılsın ki, onlar Azərbaycan SSR XKS-nin 1938-ci
il 2 avqust tarixli qərarını yerinə yetirməmişlər.
2. Xalq
komissarlıqlarının, idarə və təşkilatların
rəhbərlərinə tapşırılsın ki, arxiv
müdirlərinə bilavasitə komissarın və ya sədrin
özünə və ya müavininə tabe olan şöbə
müdiri hüququ versinlər, təcili olaraq arxivləri
münasib otaqlarla və avadanlıqla təmin etsinlər.
3. Azərbaycan
SSR Xalq Daxili İşlər Komissarlığının Arxiv
şöbəsinə tapşırılsın ki, AzFAN və
digər elmi-tədqiqat müəssisələri ilə əlaqəli
surətdə respublika mətbuatı səhifələrində
xüsusi qiymət daşıyan tarixi arxiv sənədlərini
dərc etsin.
4. Bu qərarın
yerinə yetirilməsinə nəzarət Azərbaycan SSR Xalq
Daxili İşlər Komissarlığının Arxiv
Şöbəsinə həvalə edilsin.
Azərbaycan
Xalq Komissarları Sovetinin sədri T.Quliyev."
Qayıdaq 1960-cı ilə. Məruzə
ətrafında çıxışlara
başlanılmamışdan əvvəl söz
Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin katibi Zərifə
Şükürovaya verilmişdir.
O, Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsi, respublikanın Ali Soveti Rəyasət Heyəti
və hökuməti adından müşavirə
iştirakçılarını təbrik etmiş,
sonra da fərqlənmiş
arxiv işçilərinə Azərbaycan
SSR Ali Sovetinin Fəxri
Fərmanlarını vermişdir.
Fasilədən sonra
çıxışlar davam etmişdir:
QƏZƏNFƏR
MEHDİYEV - Partiya İnstitutu və partiya arxivinin kollektivi
adından müşavirə iştirakçılarını
səmimi qəlbdən təbrik edirəm. Arxivlərdə zəngin tarixi sənədlər elmi
tədqiqat mənbəyidir. Bu arxiv materialları əsasında neçə-neçə
elmi əsərlər
yazılmışdır. Bizim ümdə
vəzifəmiz bundan ibarətdir ki, arxiv materiallarından maksimum istifadə olunması üçün
tam şərait yaradaq.
NİSƏXANIM
KAZIMOVA (Şamaxı rayon arxivinin müdiri) - Arxiv işi həyatın
güzgüsüdür. Həyatı
əks etdirən iş isə məsuliyyətli
işdir. Beş
aydır ki, bu vəzifədə
çalışıram. Son iki ay ərzində Mərəzə
rayonu üzrə köçürülmüş
sənədləri qaydaya salıb başa çatdırmışam.
Respublikamızın zəngin sənəd sərvətləri
olan arxiv
materiallarını göz bəbəyi kimi qorumağa söz verirəm.
MİRZƏLİ
TAHİROV (Füzuli rayon dövlət arxivinin müdiri) - Azərbaycan
arxivinin 40 illiyi şərəfinə 1960-cı ildə 52 fond
üzrə 5 min 454 daimi saxlamalı sənəd qaydaya
salıb, müşavirəyə gülərüzlə gəlmişəm.
Mən 1959-cu ilin may ayında Füzuli rayon dövlət
arxivini təhvil götürmüşəm.
Arxivi təhvil
götürəndə onun nə qədər
pis vəziyyətdə olduğunu
nəinki mən özüm, hətta Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin və Azərbaycan SSR Nazirlər Soveti
yanında Arxiv idarəsinin nümayəndələri
də yaxşı bilirdilər.
Füzuli rayon dövlət arxivində 30 mindən
çox qiymətli sənət saxlanılır ki, bu sənədlər
rayonumuzun tarixi üçün, onun fəaliyyəti
üçün ən qiymətli sənədlərdir. 2-3
aydan sonra rayonun tarixinə, iqtisadiyyatına, inkişafına
dair elmi əsərlər yazmaq mümkün olacaqdır.
MEHPARƏ
İSMAYILOVA (Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv
idarəsinin baş elmi əməkdaşı) - Sənədlərin
arxivlərə qəbulunda bir sıra nöqsanlara yol verilir. Bəzən idarə arxivləri
dövlət arxivlərinə ikinci dərəcəli
əhəmiyətsiz sənədləri təhvil verirlər,
qiymətli sənədləri isə özlərinə
saxlayırlar. Müəyyən vaxtdan sonra şöbə müdirinin
dəyişməsi nəticəsində və ya
digər səbəbdən çox mühüm qiymətli həmin sənədlər
məhv olur. Rayon dövlət arxivləri bəzən ərazilərindəki
xırda müəssisələrdən, məsələn, artel, kənd istehlak cəmiyyətləri,
ticarət idarələri, tədarük kontorları və digərlərindən
lüzumsuz sənədləri rayon arxivlərində cəmləşdirir, rayonun tarixi əks
etdirən elmi sənədləri isə qəbul
etmirlər. Kəlbəcər və Qasım İsmayılov
rayonlarında belə halları aşkar etmişik.
Arxiv
işçiləri mühüm məsələlərin həllini
rayon icraiyyə komitələri qarşısında
qaldırmalı, onların həllinə nail
olmalıdırlar. Lakin bəzən belə faktlarla üzləşirik
ki, arxiv müdiri icrakom sədrinin yanına getməyə
çəkinir, bəzən də elə əhəmiyyətsiz
məsələlər barəsində
daşnışırlar ki, buna səmərəsiz vaxt itkisi
demək olar.
VEYSƏL
ƏLİYEV (Qutqaşen rayon dövlət arxivinin müdiri) -
Rayon arxivində 17 ildir ki, işləyirəm. Bizim arxivin vəziyyəti
əvvəllər çox pis idi, bütün
lazımlı və lazımsız sənədlər arxivə
doldurulmuşdu. İşə girişərək
arxivi qaydaya salım. Hazırda
118 fondu tamamilə qaydaya
salmışıq, 7 min lazımsız sənədi
arxivdən xaric etmişik.
Bütün sənədləri,
arayışları ayrı-ayrı
yığmışıq. Son vaxtlaradək
vətəndaşlar arayış almaq üçün həftələrlə arxivə
gəlirdilər. Möhkəm qayda
yaradıldıqdan sonra isə hər bir arayış üçün
vətəndaşlar 3 gündən artıq vaxt
sərf etmirlər.
***
Respublikanın rayon
dövlət arxiv müdirlərinin
çıxışlarında Azərbaycanın ilk Baş Arxiv
İdarəsinin ilk rəisi Məmmədəmin
Şəkinskinin haqında da xoş sözlər deyilir:
Şəkinski yoldaş şəxsən
yerlərdə olur, bizə bilavasitə
kömək edir. O, çox
tələbkar olmaqla yanaşı, həssas
və qayğıkeşdir.
Son dərəcə
tələbkarlığı ilə yanaşı, yüksək
dərəcədə həssas və qayğıkeş olan Məmmədəmin
Şəkinski hansı vəzifədə olursa-olsun, Mir Cəfər
Bağırovun təkrarı idi.
Dediklərimizi
Azərbaycan Respublikası Dövlət Arxivində neçə-neçə
fondlarda toplanılıb saxlanılan materiallar sübut edir. Yuxarıda göstərdiyimiz kimi, M.Şəkinski Azərbaycan SSR nazirlər
Soveti yanında Baş
Arxiv İdarəsinin rəisi vəzifəsinədək
respublikanın Daxili İşlər Nazirliyi arxiv idarəsinə
başçılıq etmişdi. Onun fəaliyyətinin bir illik hissəsi üzərində "1959-cu il" yazılmış qovluqda
hifz olunmuşdur. Qovluğu bir gündəlik
kimi varaqlayıram:
1959-cu il
yanvarın 26-da M.Şəkinskinin hazırladığı
aşağıdakı məktub Azərbaycan SSR daxili işlər
nazirinin vəzifəsini icra edən X.Məmmədovun
imzası ilə Azərbaycan SSR Nazirlər Sovetinə göndərilmişdir:
"Daxili İşlər Nazirliyinin Arxiv İdarəsi
respublika ərazisindəki bütün mərkəzi, rayon və
şəhər dövlət arxivlərinə, həmçinin
nazirliklərin, idarə və müəssisələrin arxivlərinə
təşkilati və elmi-metodik rəhbərliyi həyata
keçirir. Bu arxivlərin sayı 1.500-dən çoxdur. Dövlət və idarə arxivlərindən
çoxunun vəziyyətinin qənaətbəxş
olmaması tələb edir ki, DİN-in Arxiv İdarəsi işçiləri tərəfindən
onlara yerlərdə operativ
köməklik göstərilsin.
Yuxarıdakıları nəzərə alaraq, eləcə
də hər gün arxiv işçiləri tərəfindən
metarialların Yasamalda yerləşən Mərkəzi
Dövlət foto-fono-kino sənədləri arxivinə
daşınmasını nəzərə alaraq, Sizdən
xahiş edirik ki, Arxiv İdarəsinə yüngül
avtomaşın ayrılmasına sərəncam verəsiniz".
Azəbaycan
SSR Nazirlər Sovetinin sədri Vəli Yusif oğlu Axundovun
göstərişilə Arxiv idarəsinə avtomaşın
ayrılmışdır. Hökumət
başçısı eyni zamanda "1.500-dən
çox" arxivlərin dəqiq siyahısını
hazırlamağı və təqdim olunmasını Arxiv
İdarəsinə tapşırmışdır.
1959-cu il
yanvarın 28-də layihəsi M.Şəkinski tərəfindən
hazırlanmış hökumət qərarı qüvvəyə
minmişdir:
"Azərbaycan SSR Nazirlər Soveti
Qərar
Azərbaycan SSR dövlət arxivləri
şəbəkəsinin təsdiqi barədə
Azərbaycan SSR Nazirlər
Soveti QƏRARA ALIR:
Azərbaycan
SSR dövlət arxivləri
şəbəkəsi təsdiq
olunsun.
Azərbaycan SSR Nazirlər
Sovetinin sədri V.Axundov
Azərbaycan
SSR Nazirlər Soveti İşlər İdarəsinin
müdiri N.Novruzov".
(ardı
var)
Teyyub Qurban
Ekspress.- 2011.- 30 iyul-1 avqust.- S. 15.