Ay uzun
saç, qara göz...
Onun haqqında
çox eşitmişdim.
Eşitmişdim ki, düzəltdiyi gəlinciklərin
hamısını milli
üslubda hazırlayır.
Amma düzəltdiyi gəlincikləri görməmişdim.
"Yüz eşitməkdənsə
bir görmək yaxşıdır" deyib,
milli üslubda gəlincik hazırlayan Ruslan Hüseynovun emalatxanasına üz tutdum.
Ruslan Hüseynovun
sözlərinə görə,
gəlinciklər tarixi
yaşadır. "Həmişə
düşünürdüm ki, tariximizi yaşadan işlə məşğul olum. Beləcə milli üslubda gəlincik düzəltməyə başladım.
Gəlinciklər yeni olsa da keçmişi
yaşada bildilər".
R.Hüseynov
onu da qeyd edir ki, çoxu xarici ölkədən gətirilmiş
və keyfiyyətinə görə də uşaqlara ziyan olan
gəlincikləri almağa üstünlük verir. "Uşaqlar əcnəbilərin
nümunə göstərdikləri
saçları müxtəlif
rənglərə boyanmış,
geyimi ilə bizim xanımlara uyğun gəlməyən
gəlinciklərə oxşamağa
can atır. Milli gəlinciklər isə qızlara xanımlığı öyrədir.
Təəssüf olsun
ki, milli gəlinciklərin istehsalı
və bu istehsala tələbat çox azdır. Bəlkə də bu, təbliğat işlərinin zəif aparılması ilə bağlıdır".
Müsahibim düzəltdiyi
gəlinciklərin geyiminə
xüsusi diqqət verdiyini deyir. Onun sözlərinə görə, gəlinciklərin
geyimi əl işləmələridir. "Onların çarıqlarına
və rübəndlərinə
də fikir verilir. O vaxt qadınlar çadra örtər, üzlərinə
də rübənd vurardılar. Onları çarıqlarına görə
tanıyırdılar. Çarıqlarından
bilərdilər ki, bu subay xanımdır,
yoxsa evli. Subay qadınlar əsasən rənbərəng
və bəzəyi çox olan, evli qadınlar isə qırmızı bəzəkli çarıq
geyinərdilər. Yaşlı
qadınlar isə sadə dəridən çarıq geyinərdilər".
R.Hüseynov
eyni zamanda sifarişlə milli üslubda gəlincik də
hazırlayır. Dediyinə görə,
sifarişlə hazırlanan
gəlinciklər istənilən
adamın surətinə
uyğun düzəldilir.
Belə gəlinciklərin
qiyməti 90 manatdır.
Gəlincik ustasının emalatxanasında
insan hündürlüyündə
olan rübəndlə
örtülmüş gəlincik
də vardı. Həmsöhbətimin dediyinə
görə, belə gəlinciyin sifarişlə
istənilən surətdə
hazırlanması təxminən
hazırlanma prosesinə
və sərf olunan materiallardan asılı olaraq 600 manata başa gəlir. "Əsasən
xınayaxdı və
ya toy mərasimində
bəylə-gəlinin surətinə
bənzər gəlinciklər
və başqa milli ruhda olan
aksesuarlar sifariş olunur".
R.Hüseynovun
sözlərinə görə, belə gəlincikləri
uşaqlar üçün çox az adam alır. Əsasən
hədiyyə etmək məqsədilə alınan bu gəlinciklərin
alıcılarının böyük hissəsini turistlər
təşkil edir.
Həmsöhbətim bir
gəlinciyin düzəldilməsinə
bir həftə vaxt sərf edir. Dediyinə görə, gəlinciyin düzəldilməsi birinci
əllərdən başlanılır.
"Əllər formaya
salınır. Əgər
süjetli gəlincikdirsə,
misal üçün
əlində qaval tutmalıdır. Plasmast və ya rezin
gəlinciyin qolları
çiyin hissədən,
dirsək hissədən
kəsilir və ona lazımi forma verilir. Daha sonra isə
mimikasına fikir verilir. Makiyaj obraza uyğun edilir, dəri rənglənir. Tumanı və yubkası, sonra alt köynəyi
və çəpkə
tikilir. Sonra bəzək əşyaları,
kəməri, bilərziyi,
sinəbəndi, sırğası,
alınlığı düzəldilir.
Araxçın və
baş örtüyü
də geyimə uyğun tikilir".
Gəlinciklərin saçları
təbii parikdən hazırlanır. "Təbii
pariki mənə lazım olan qədər kəsib sifətin quruluşuna uyğun forma verirəm".
Müsahibim
deyir ki, gəlinciklərin sifətlərini gipsdən
hazırlamaq olar. "Əvvəl plastilindən
gəlinciyin üzünə
cizgilər verilir. Sonra həmin plastilinin üzərinə
gips, gipsin də üzərinə rezin tökülür. Rezin quruduqdan sonra ondan qəlib
düzəldilir. Hər
dəfə bu qəlibə gipsi əlavə etmək olur. Bir müddət
keçəndən sonra
qurumuş gipsi qəlibdən çıxarıb
bədənə yapışdırırıq.
Sonda gəlincik akril boyası ilə rənglənir. Üzünə makiyaj edilir və üstü lakla
örtülür".
Gəlincik
ustasının sözlərinə görə, uşaqların
milli ruhda böyüməsini, milli gəlinciklərlə
oynamasını arzulayır: "Gəlinciklər sakit
durmaqlarına baxmayaraq, Azərbaycanın mədəniyyəti,
qadınların xanımlığı,
kübarlığı, namusu barədə
danışırlar".
Aynurə Məmmədova
Ekspress.- 2011.- 30 iyun.- S. 8.