Aşıq
Alının 210 illiyi qeyd
olundu
Fevralın 28-də Heydər Əliyev
Sarayında görkəmli saz-söz ustası Aşıq
Alının 210 illik yubileyi
qeyd olunub. "Mahalım Göyçədi, əslim
Qızılvəng" adlı təntənəli yubiley mərasimi Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi, Azərbaycan
Aşıqlar Birliyinin təşkilatçılığı
ilə baş tutub.
Tədbirdə
çıxış edən Aşıqlar Birliyinin sədri,
xalq şairi Zəlimxan Yaqub Aşıq Alının həyat
və yaradıcılığına nəzər salıb,
onun aşıq sənətindəki danılmaz xidmətlərindən
söz açıb. Zəlimxan Yaqub Aşıq Alının
Azərbaycan aşıq sənətində ən görkəmli
yetirmələrindən olan Aşıq Ələsgərin
adını xüsusi qeyd edib. Şair
çıxışında Aşıq Alı və
Aşıq Ələsgər yaradıcılığına
da müraciət edib.
Daha
sonra aşıqlardan Ədalət Nəsibov, Mahmud Məmmədov,
İsfəndiyar Rüstəmov, Fətulla Əliyev, Ələddin
Göyçəli, Mais Gəncəli, Bəhmən
Göyçəli, Fəzail Miskinli, Ağamurad İsrafilov, Ədalət
Dəlidağlı, Cahangir Quliyev, Xanlar Xəlilov, Məhərrəm
Hüseynli, Azər Xanlaroğlu, Şöhrət Kərimov və
digərlərinin ifasında maraqlı
çıxışlar olub. Tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanan yubiley gecəsi anşlaqla
baş tutub.
Ekspress.- 2011.- 2 mart.- S.23.