Milli Dram Teatrının foto-salnaməsi
hazırlanıb
Bu günlərdə
"Letterpress" nəşriyyat evində Akademik Milli Dram Teatrının iki cilddən ibarət foto-salnaməsi çapdan çıxıb.
Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Akademik Milli Dram Teatrının birgə layihəsi əsasında hazırlanmış
"Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının foto-salnaməsi"
Azərbaycanda professional milli
teatr sənətinin yarandığı gündən
-1873-cü ilin mart ayından
2010-cu ilədək olan
zaman kəsiyini əhatə edir. Foto-salnamə iki cilddən
ibarətdir. Birinci cilddə
1873-cü ildən 1950-ci ilə
qədər, ikinci cild isə 1950-ci ildən 2010-cu ilə qədər olan dövr yer alıb.
Kitabda tarixi sənədlər, arxiv materialları, fotoşəkillər vasitəsilə
Milli Dram Teatrının
fəaliyyəti canlandırılır.
Foto-salnamədə görkəmli sənətkarların
yaradıcılığı və teatrın fəaliyyəti ilə bağlı fotoşəkillər
də öz əksini tapıb. Salnamənin hazırlanmasında
çox böyük bir yaradıcı qrupun zəhməti var. Layihənin rəhbəri və ön sözün müəllifi
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, koordinatoru nazir müavini Ədalət Vəliyev, toplayanı və tərtib edəni sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Məmmədşah
Atayev, buraxılışa
məsul əməkdar
mədəniyyət işçisi
Maqbet Bünyadovdur. Foto-salnamənin üzərində
Azər Mirzəyev, Mərahim Fərzəlibəyov,
Şaiq Cabiroğlu, Elnur Məmmədov, Həmid Kazımzadə, Nigar İsrafilqızı və Həsənxan Mədətovdan ibarət işçi qrup çalışıb.
Salnamənin tərtibçisi, uzun
illər Akademik Milli Dram Teatrının fəaliyyəti ilə bağlı olmuş tədqiqatçı-alim Məmmədşah
Atayev teatrın inkişaf tarixi və burada çalışan sənətkarların
yaradıcılığı barədə dəyərli
faktiki materiallar toplayıb sistemləşdirə
bilib.
Salnamədəki materialların əksəriyyəti
teatrın özəl
arxivindən, mövcud
nəşrlərdən, ayrı-ayrı
tədqiqatlardan, müxtəlif
muzey və arxivlərdən, mətbuatda
dərc olunmuş xatirə xarakterli yazılardan, həmçinin,
şəxsi arxivlərdən
toplanıb.
Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən foto-salnamə Akademik Mili Dram Teatrının fəaliyyət həyatını
əhatə etməklə
bərabər, milli teatr sənətimizin 138 illik mürəkkəb sənət yolunu işıqlandırır.
Mart ayının birinci
ongünlüyündə -milli
teatrın yaranması
günü ərəfəsində
kitabın təqdimat mərasiminin keçirilməsi
planlaşdırılır.
Ekspress.- 2011.- 3 mart.- S.23.