Xalq Yaradıcılığı Paytaxtları

 

Dünən layihənin təqdimat mərasimi keçirildi

 

Martın 3-də Muzey Mərkəzində 2011-ci il üçün Şabranın "Azərbaycanın əfsanələr paytaxtı", Lənkəranın "Azərbaycanın folklor paytaxtı" İsmayıllının "Azərbaycanın sənətkarlıq paytaxtı" elan edilməsi ilə bağlı Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev ötən ildən həyata keçirilən bu layihənin əhali tərəfindən yüksək səviyyədə qarşılandığını bildirib. Nazir vurğulayıb ki, xalqımızın qədim rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir: "Ötən ildən həyata keçirilən bu layihənin əhali tərəfindən yüksək qarşılandığının şahidi olduq. Odur ki, biz bu layihəni 2014-cü ilə qədər davam etdirəcəyik. Keçirilən tədbirlərin həcmi böyüyəcək, təcrübə toplanacaq".

Daha sonra Ə.Qarayev deyib ki, məsələ ilə əlaqədar Şabran, Lənkəran İsmayıllı şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur sair tədbirlərin təşkili nəzərdə tutulub.

Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Mədəniyyət Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması dəstəklənməsi istiqamətində aparılan islahatlara start verildiyini açıqlayan Ə.Qarayev bu sahənin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqinin aparıldığını qeyd edib. Keçirilmiş monitorinqin nəticələri əsasında Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması hərtərəfli inkişafı ilə bağlı "2011-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı"nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub. Aparılan islahatların davamı olaraq, hazırda "Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reyestri"nin hazırlanması, qeyri-maddi mədəni irs subyektlərinin (ifaçı, kollektiv, sənətkar sair) portfolio bankının "Azərbaycan qeyri-maddi mədəni irsinin infrastruktur vahidlərinin Dövlət Kadastrı"nın yaradılması, "Muğam-tur, Aşıq-tur, Xalça-tur Novruz-tur beynəlxalq mədəni-turizm marşrutları"nın təşkil edilməsi, digər konseptual proqram layihələr üzərində müvafiq işlər görülür. Qeyd edilənlərdən başqa, "Bakı şəhərinin Qobustan, Maştağa, Əmircan Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ, tətbiqi təsviri sənət ənənələrinin dirçəldilməsi" "Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği xalçaçılığın inkişafı" pilot layihələri həyata keçirilir.

  

 

AYXAN

 

Ekspress.-2011.-4 mart.-S.23.