Xalq şairi ilə görüş

 

Nəriman Həsənzadənin yubileyi Dillər Universitetində qeyd olundu

 

Dünən Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın görkəmli ziyalısı, xalq şairi, ictimai xadim Nəriman Həsənzadə ilə görüş keçirilib. Görüşdə millət vəkili Məlahət İbrahimqızı, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov başqaları iştirak edib.

İlk olaraq ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyeva şairin həyat yaradıcılığı haqqında məruzə edib. O, çıxışında qeyd edib ki, şairin yazdığı əsərlər milli olduğu qədər bəşəridir: "Baxmayaraq ki, onun əsərlərinin mövzusu keçmiş zamanla səsləşir, ancaq düşüncələri müasirdir".

Şairin 80 illik yubileyinə həsr edilən görüşü giriş sözü ilə ADU-nun rektoru, millət vəkili Səməd Seyidov açıb. O qeyd edib ki, Nəriman Həsənzadə o ziyalılardandır ki, yaradıcılığı, ünsiyyəti və səmimiliyi ilə insanları öz ətrafına toplaya bilir: "Bizim onunla görüşlərimiz ilk hadisə deyil. Çünki o, ADU-nun dostudur biz bu dostluğa çox önəm veririk. Bu universitetdə Azərbaycan ədəbiyyatının yüksək səviyyədə öyrədilməsinə xüsusi əhəmiyyət verilir. Çünki bizim digər Avropa ölkələrinin ali təhsil ocaqları ilə əlaqələrimiz daha genişdir".

Daha sonra S.Seyidov yubilyara saat və qələm hədiyyə edib.

Rektorun çıxışından sonra görüşdə iştirak edən ziyalılar N.Həsənzadə haqqında öz dəyərli fikirlərini bildiriblər. Tədbirdə şairin şeirləri oxunub, sözlərinə yazılan musiqilər səslənib, ADU tələbələri isə ədəbi kompozisiyalar təqdim ediblər.

 

 

AYXAN

 

Ekspress.- 2011.- 4 mart.- S.23.