İqor Krutoyun konserti anşlaqla keçdi

 

Martın 2-də Heydər Əliyev Sarayında Rusiyanın xalq artisti İqor Krutoyun yaradıcılıq gecəsi keçirildi. Üç saatlıq konsert boyunca Rusiya estradasının tanınmış simaları Aleksandr Serov, Layma Vaykule, Valeri Leontyev, Krisitina Orbakayte, İrina Alleqrova, Filipp Kirkorov yaddaqalan çıxışlar etdilər. Konsertin sonunda Lara Fabianın İqor Krutoya məxsus bir neçə mahnı ifa etməsi tamaşaçıların xüsusi marağına səbəb oldu.

Konsert üçün Heydər Əliyev Sarayının səhnəsi xüsusi hazırlanıb. Rusiya televiziya kanallarında görməyə öyrəşdiyimiz sadə, lakin göz oxşayan səhnə dekorasiyası bu dəfə Bakıda quraşdırılmışdı. Lakin qeyri-adi, rəngarəng səhnə dekorasiyası İqor Krutoyun səhnəyə çıxması ilə gözdən itdi. Bəstəkarı elə hər zaman görməyə alışdığımız kimi, bu dəfəqara royal arxasından izlədik. İqor Krutoy bu səhnədə çıxışından öncə Bakıda yaradıcılıq gecəsinin keçirilməsindən məmnun olduğunu dilə gətirdi. Səmimi bəstəkar Azərbaycanın ona çox yaxın olduğunu dedi bunun üç səbəbini açıqladı: "İlk əvvəl ona görə ki, mənim dostumdahi sənətkar Müslüm Maqomayev buralıdır. İkinci, ona görə ki, Azərbaycan xalqı çox istedadlıdır. Üçüncü səbəb isə odur ki, mənim qayınanam Bakılıdır".

Bəstəkar yaradıcılıq gecəsinə toplaşan çoxsaylı tamaşaçıları salamladıqdan sonra, əsərlərinin ifasına başladı. Onu səhnədə öz orkestri müşayiət edirdi.

 

 

AYXAN

 

Ekspress.-2011.-4 mart.-S.23.