"Hamı mənim Azərbaycanı nə qədər sevdiyimi bilir"

 

Filipp Kirkorov: "Çoxları mənim bura gəlməyimə mane olsalar da, buna nail ola bilmədilər"

 

"İnana bilmirəm ki, mən, nəhayət, bu möhtəşəm səhnədə çıxış edirəm. Sizləri görmək, dahi Müslüm Maqomayevin çıxış etdiyi səhnədə olmaq mənim üçün çox böyük xoşbəxtlikdir. Bakıda konsert vermək üçün mən uzun bir yol gəlməli oldum. Bu arzumu gerçəkləşdirdiyi üçün İqor Krutoya təşəkkür edirəm". APA-nın məlumatına görə, bu sözləri Heydər Əliyev Sarayında İqor Krutoyun yaradıcılıq gecəsində çıxışı zamanı Rusiyanın xalq artisti Filipp Kirkorov deyib.

Tanınmış müğənni Azərbaycanda olmaqdan məmnunluğunu dəfələrlə dilə gətirib. O, Bakı səhnəsində Azərbaycan tamaşaçıları ilə uzun müddət həmsöhbət olub arzularını da dilə gətirib: "Bu gün sizlər üçün oxuyuram sizə bütün sevgilərimi çatdırıram. Bu gün çox xoşbəxtəm və bu xoşbəxtliyin davam etməsini istəyirəm. Bu gün hər şey danışmaq olar, çünki burada özgə adam yoxdur, hamısı özümüzünkülərdir".

Filipp Kirkorov eləcə onun Bakıda konsertinin keçirilməsinə uzun müddət mane olanlara da ismarıc göndərib: "Hamı mənim Azərbaycanı qədər sevdiyimi bilir. Ancaq çoxları mənim bura gəlməyimə mane olsalar da, buna nail ola bilmədilər. Hazırda elə bil yuxudayam bu yuxudan oyanmaq istəmirəm. Bu gün sizinlə İqor Krutoyun gecəsində görüşürük. Ancaq çox arzu edirəm ki, sizin qarşınızda öz solo konsertimlə xüsusi bir proqramla çıxış edim. Mən sizinlə vidalaşmıram, deyirəm ki, gələn görüşlərədək, Bakı".

Rusiyalı müğənni Bakı tamaşaçılarının diqqətindən kənar qalmayıb. Onun hər bir cümləsi alqışlarla müşayiət olunub. Heydər Əliyev Sarayında ilk dəfə olaraq çıxış edən Filipp Kirkorova çoxsaylı gül dəstələri hədiyyə edilib. Bunun qarşılığında isə F.Kirkorov "mən çiçəkləri çox sevirəm, əsasən də Bakı güllərini" bildirib.

Sənətçi, eyni zamanda, Bakıda olduğu müddətdə şəhəri gəzdiyini insanların ona müsbət münasibətindən razılığını dilə gətirib: "Bu gözəl, işıqlı şəhəri gəzdim. Şəhərdə addım atdığım hər bir yerdə gözəllik gördüm. Çoxsaylı brend mağazalar da var. Çox gözəl şəhəriniz var, insanların üzü isə təbəssümlə doludur. Mənə qarşı olan istəyə çox sevinirəm".

Müğənni bu konsertdə Azərbaycan tamaşaçıları üçün 4 mahnı ifa edib. Sonda isə səhnədən ayrılmaq belə istəməyib. Elə tamaşaçıların alqışları da onu səhnəni daha gec tərk etməsinə səbəb olub.

Konsertin sonunda Filipp Kirkorov Heydər Əliyev Sarayının arxasında onu görmək istəyən pərəstişkarlardan gül dəstələri hədiyyələri qəbul edib. O, bir neçə pərəstişkarına avtoqraf da verib.

Hədiyyələr arasında Azərbaycanın milli geyimində olan gəlincik təsbeh maraq doğurub.

 

 

Ekspress.-2011.- 4 mart.- S. 14.