Xocalının
güneyli şəhidləri
Xocalıda erməni
faşistləri tərəfindən işgəncə ilə öldürülüb, meyidləri
yandırılan ailələrdən biri də İrandan
- Güney Azərbaycandan
vaxtilə gəlib bu şəhərdə yerləşmiş
ailənin üzvləridir. Quzey Azərbaycana pənah gətirən
siyasi mühacir,
inqilabçı fədai İmani Ağayar Salman oğlu, gəlini Əliyeva Sona Bəhlul qızı və
oğlu İmani Malik Ağayar oğludur.
İmani Ağayar
Güney Azərbaycanın
Ərdəbil şəhərinin
1959-cu ildə İmani
Ağayarın ailəsində
bir oğlan uşağı dünyaya
gəlib.
Ata və
ananın razılığı ilə uşağa Malik adı qoyublar. Hərbi xidmətdən
qayıdan Malik Xocalıda
atası Ağayar kişi və
qardaşları ilə birlikdə təsərrüfatda çalışıb.
İmani Ağayarın
Malikdən sonra Bakir, Asif, Sahib adlı oğlanları,
Zülfıyyə,
Taleyin bəzən amansız
hökmü olur. 1976-cı ilin mart ayının 6-da İmani Ağayarın 17 yaşlı
böyük qızı
Zülfıyyə qəflətən
dünyasını dəyişib.
1980-ci ilin yanvar
ayının 17-də isə
25 yaşlı oğlu
Asif avtomobil qəzasında həlak
olub.
1989-cu ildə Şah
İsmayıl Xətainin
vətəni olan Ərdəbil şəhərindən
uzun illərdən bəri qardaş və bacılarının
ölüb-qalmalarından xəbərsiz
olan İmani Ağayara qardaş və bacılarından xəbər gəlib. Ağayarı İrana görüşə
dəvət ediblər.
O, doğma ana yurdu, Güney Azərbaycanı, Ərdəbili
görmək və əzizləri ilə görüşmək üçün
doğma ana Vətəninə gedib. Ağayar İranda çox qala bilməyib. Çünki onun ömür-gün
yoldaşı Suqra, övladları və ona doğma olan Xocalı erməni quldarlarının
əhatəsində idi.
Xocalı təhlükədə idi.
O,
Ağdamda məskunlaşan qızı Elmiranın evinə gəlib,
orada çox qalmayıb sonuncu vertolyotla Xocalıya
qayıdıb. O zaman Xocalının ağır
günləri idi. Maşın yolları hər tərəfdən kəsilmişdi.
Yalnız təkcə vertolyot
ilə gediş-gəliş
var idi. 1992-ci ilin fevral ayının
25-dən 26-na keçən gecə Xocalı soyqırımı Xocalı
faciəsində ata Ağayar kişi, oğlu, Malik və gəlini Əliyeva Sona Bəhlul qızı digər xocalılar kimi erməni qaniçən quldurları,
faşistləri tərəfindən
əzab-əziyyət və
işgəncə ilə
qətlə yetirilib və yandırılıblar.
İmani
Suqra Adil qızı oğlanları İmani Bakir və Sahib, qızı
Məhbub ilə meşələrdən şaxtada, boranda sürünə-sürünə
gündüzlər gizlənib, gecələr hərəkət
edə-edə, üst-başları cürüq-cürüq, ayaqyalın,
başıaçıq yaralı halda 10 gündən sonra Ağdamda
məskunlaşan qızı Elmiranın evinə yaralı halda
çatıblar. Bir
aya qədər Ağdam xəstəxanasında
müalicə olunublar. Sonradan Bakı şəhərinə,
Suraxanı qəsəbəsində
məcburi qaçqın
və köçkün
evlərində məskunlaşıblar.
Bütün bu dərdlərə,
əzab-əziyyətlərə tab gətirə bilməyən
İmani Bakir Ağayar oğlu
1994-cü ilin yanvar ayının 1-də ürəyi
əbədi dayanıb.
Xocalı soyqırımını, ailənin dəhşətli
faciəsini gözləri
ilə görən İmani Ağayarın ömür-gün yoldaşı
İmani Suqra Adil qızının
1996-cı ilin mart ayının
15-də ürəyi partlayıb.
Dünyasını dəyişib əbədiyyətə
qovuşdu. Suqra xanımın
ruhu ömür-gün
yoldaşının, gəlininin,
oğlanlarının və
qızının ruhuna
qovuşub. Hal-hazırda İmani Ağayar Salman oğlunun Ağdamda İmani
Ekspress.-2011.- 4 mart.-
S.13.