Danışıqlar var, nizamlama yoxdur...
Nalbandyan
Soçi görüşünü baltaladı
Azərbaycan, Ermənistan
və Rusiya prezidentlərinin martın 5-də Soçidə
keçiriləcək görüşü ərəfəsində
İrəvan faktiki olaraq yenidən danışıqlar
prosesini baltalamağa başlayıb.
Hər halda, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Azərbaycanın ünvanına səsləndirdiyi son ittihamları başqa cür yozmaq mümkün deyil.
Vyana
Diplomatik Akademiyasında
çıxış edən
Nalbandyan iddia edib
ki, İrəvan
sülhdən
danışdığı halda
rəsmi Bakı
müharibə təbliğatı
aparır":Biz güc
tətbiq olunmaması
razılığına
gələndə
Azərbaycan bu
təklifdən
imtina edir və
hərbi büdcəsinin
artırılması
ilə qürrələnir.
Beynəlxalq ictimaiyyət atəşkəs
rejimini möhkəmləndirməyə və snayperləri cəbhə
xəttindən çıxarmağa çağıranda Azərbaycan
hər həftə yüz dəfə atəşkəs
rejimini pozur və qoşunların təmas xəttində təxribat
yaradır. Beynəlxalq ictimaiyyət deyir ki, dinc həllin
alternativi yoxdur, Azərbaycansa deyir ki, dinc həll güc tətbiq
etməmək anlamına gəlmir".
Onun
sözlərinə
görə, İrəvan
kompromis qərarlar
verilməsi üçün
beynəlxalq təşkilatları
və digər
ölkələri
Minsk qrupu həmsədrlərinin
qəbul etdikləri
qərarlara, danışıqların
beynəlxalq ictimaiyyətin
mandatı formatında
davam etdirilməsinə
təsir göstərməyə
çağırır":Azərbaycan
isə faktiki olaraq
ATƏT-in
Minsk qrupu həmsədrlərinin
yanaşmalarına
qarşı çıxaraq hamını
antierməni mövqeyini
möhkəmləndirməyə
çağırır
və danışıqları
başqa formata
çevirməyə səy
göstərir,
bununla prosesin tənzimlənməsi
prosesinə xələl
gətirir. Belə təəssürat
yaranır ki, Azərbaycanın yeganə məqsədi
danışıqları pozmaq və məsuliyyəti başqa
tərəflərin boynuna atmaqdır. Ermənistan 2010-cu ilin
iyununda Sankt-Peterburqda, oktyabrında Astanada və dekabrında
Moskvada təqdim olunmuş yenilənmiş təklifləri qəbul
edib. Bu isə o deməkdir ki, Ermənistanın mövqeyi beynəlxalq
ictimaiyyətin mövqeyi ilə üst-üstə
düşür".
Sonda
Nalbandyan bildirib ki, rəsmi
İrəvan Bakının
Azərbaycan, Ermənistan
və Rusiya prezidentlərinin
martın 5-də
Soçidə keçiriləcək
görüşündə
irəliləyiş
əldə etmək
üçün "siyasi iradə
nümayiş etdirəcəyinə"
ümid edir.
Azərbaycan Xarici
İşlər Nazirliyinin mətbuat xidmətinin
rəhbəri
Elxan Poluxov Nalbandyanın
Vyanadakı çıxışı ilə
bağlı "Media
forum" saytına
deyib ki, "bu, danışıqlar
başlamadan danışıqlar
prosesinə son qoymaq
deməkdir".
Poluxov
vurğulayıb
ki, Azərbaycan
danışıqlar prosesində
iştirak edir
və Dağlıq
Qarabağ münaqişəsinin
dinc həllinin
tərəfdarıdır:
"Lakin Azərbaycanın
tutduğu yola
baxmayaraq rəsmi
Ermənistan dəfələrlə
belə vacib görüşlər
ərəfəsində
təxribat xarakterli
çıxışlar edib".
XİN
sözçüsü
deyib ki, Nalbandyan min dəfə
eyni fikirləri
təkrar etsə
də, Azərbaycan
torpaqlarının
işğal edildiyi,
bu işğalı
Ermənistanın
həyata keçirməsi
danılmaz faktdır:
"Bu fakt əsas
olduğu halda
hansısa nüanslardan,
xırda, əhəmiyyəti
olmayan məqamlardan danışan Ermənistanın
xarici işlər
naziri ictimai fikri
məsələnin
mahiyyətindən
yayındırmağa
çalışır. Bu gün Ermənistan
Azərbaycan ərazilərində öz silahlı qüvvələrini
saxlayaraq Azərbaycana qarşı aqressiya, güc tətbiq edərək
sülhə çağırış edir. Azərbaycan bu
münaqişənin sülh yolu ilə həll olunmasına
razıdır, lakin eyni zamanda beynəlxalq qanunvericilikdə nəzərdə
tutulan bütün mexanizmlər nəzərdə tutula bilər.
O cümlədən özünümüdafiə
mexanizmi".
Poluxov
qeyd edib ki, bir
suveren dövlətin
ərazisi
digər suveren
dövlət
tərəfindən
işğal olduğu
halda, hər
bir suveren dövlət
bütün
beynəlxalq qanunvericiliyin mexanizmlərindən
istifadə edərək,
öz ərazilərini
azad edə bilər":Biz danışıqları
danışıq xətrinə
aparmaq mövqeyində
deyilik. O ki qaldı müzakirə
mövzusuna, bu gün məlum olduğu kimi tərəflərin
qarşısında yeniləşdirilmiş Madrid təklifləri
adlanan sənəd mövcuddur. Bu sənəd 3 həmsədr
ölkənin iştirakı ilə hazırlanıb, bu sənədlə
yanaşı həmsədr ölkələrin
başçılarının Akvill və Muskokda verdikləri
bəyanatlar danışıqların əsasını təşkil
edir. Azərbaycan bütün məsələlərə
münasibət bildirib, lakin, əfsuslar olsun ki, bu günə
kimi Ermənistan bütün məsələlərə
öz mövqeyini bildirməyib"(APA).
Qeyd edək
ki, rəsmi
Bakı ardıcıl
olmasa da, ara-sıra
Qarabağ nizamlamasını
BMT müstəvisində
müzakirəyə
çıxartmağa və
bununla manevr etməyə
çalışır. ATƏT-in Minsk
qrupunun həmsədr ölkələri və İrəvan isə
danışıqların ATƏT çərçivəsindən
çıxmasına qarşıdırlar. Rusiyanın ATƏT
Daimi Şurasında daimi nümayəndəsi Ənvər Əzimov
bununla bağlı bir daha İrəvana dəstək verib:
"Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında əsas danışıqlar meydanı ATƏT-in
Minsk qrupu olmalıdır".
İTAR-TASS-ın
xəbərinə
görə, Ənvər
Əzimov
bildirib ki, Rusiyanın
mövqeyi dəyişməz
qalır":Biz
münaqişə tərəflərinə
kənardan həll
yolu diktə etməyə
qarşıyıq. Mövqeyimiz
ondan ibarətdir ki, münaqişənin yekun həllinə
dair əsas məsuliyyət Azərbaycan və Ermənistanın
üzərinə düşür. Rusiya bütün tərəfləri
razı salan həll variantını dəstəkləməyə,
kompromis razılaşmalar əldə olunacağı təqdirdə
bu razılaşmaların qarantı qismində
çıxış etməyə hazırdır".
RF nümayəndəsi
"kənardan həll
yolu diktəsi"nə
qarşı olduqlarını
dedikdə, nəyi
və kimi nəzərdə
tutduğu qaranlıq
qalıb.
Dünən
keçirdiyi brifinqdə
Soçi görüşü
haqqında danışan
RF XİN-in
rəsmi nümayəndəsi
Aleksandr Lukaşeviç
bildirib ki, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı
danışıqların
üçtərəfli
formatı Azərbaycan
və Ermənistanın
mövqelərini
yaxınlaşdırmağa
imkan verib və
etimad mühitini
möhkəmləndirməyə
kömək
edib: Düşünürük
ki, Soçi
görüşündə
Dağlıq
Qarabağ münaqişəsinin
həllinə yönəlmiş
növbəti
konkret addımları
müəyyənləşdirmək
imkanı olacaq".
Ekspertlərsə ATƏT-in
uğursuz Astana
sammitindən sonra
Soçi görüşündə
hansısa irəliləyişin
olacağına böyük
şübhə ilə yanaşırlar. Moskvalı şərhçi
Vladimir Yevseyevin BBC-yə bildirdiyinə görə, Soçidə
sadəcə danışıqların hələ də davam
etdirildiyi nümayiş etdiriləcək":Bir
çoxlarında Astanadakı ATƏT-in sammitindən həddən
artıq gözləntilər var idi. Ancaq bu, əsassız idi.
Problem dalandadır, birincisi, Azərbaycanın
müəyyən hərbi üstünlüyü olsa da, bu, əsaslı
üstünlük deyil və çox güman ki, Bakı
qısa müharibə zamanı Qarabağı qaytara bilməyəcək.
İkincisi, ermənilər tutduğu ərazilərdən
çəkilmək istəmirlər. Üçüncüsü
isə, tərəflərin hansısa real addımlara
getməsi üçün əsaslı təminat sistemi
hazırlanmalıdır, bu da beynəlxalq
sülhyaradıcı qüvvələr olmalıdır. Ancaq
real şəkildə aparıcı dünya qüvvələri
öz hərbçilərini bölgəyə göndərmək
istəmirlər. Bu da vəziyyəti dalana salır. İndi də
Soçi görüşündən elə bir müstəsna
irəliləyiş gözləmək düzgün deyil. Sadəcə
göstəriləcək ki, proses davam edir. Məsələn,
Fələstin məsələsində hər şey
dayanıb və tərəflər bir-biri ilə
danışmır, burada isə tərəflər heç
olmasa görüşüb danışırlar".
Rusiyalı
digər ekspert
Aleksandr Krılova
görə də,
danışıqlar prosesinin davam etdirilməsi
genişmiqyaslı müharibənin
qızışmasına
mane ola biləcək
amillərdəndir:
"Bölgədə
yüksək
gərginlik qalır. Ara-sıra
snayperlərin atışması baş verir. Buna baxmayaraq, tərəflər
müharibədən qaça bilirlər. İndi
danışıqların davam etməsi faktiki nəticədən
üstündür. Belə ki, tərəflərin mövqelərinin
dəyişməməsi nəticəni də
mümkünsüz edir"(BBC).
Politoloq Qabil Hüseynli
də Soçi
görüşündən
nikbin bir nəticə
gözləmir":Xüsusilə də,
qarşılıqlı
ittihamlar şəratində danışıqlarda
nəticə olacağı
inandırıcı
deyil. Baxmayaraq ki, son vaxtlar danışıqları
dalandan çıxartmaq üçün sürəkli cəhdlər
edilir. Ancaq Ermənistan Rusiyanın dəstəyi ilə vəziyyəti
gərginləşdirən addımlar atır".
ABŞ-ın
prosesə fəal
qoşulacağı barədəki
vədlərinə
gəlincəsə,
"danışıqlara Amerikanın
yeni nəfəs
vermək istəyinə
baxmayaraq, nəticə
olacağı mümkün
görsənmir",
-deyə politoloq bildirir.
Hüseynliyə görə,
Soçi görüşü
çox güman
ki, danışıqların
davam etdirilməsi
ilə bağlı
bəyanatın
qəbul olunması
ilə başa
çatacaq.
Bəkir Nərimanoğlu
Ekspress.- 2011.- 4 mart.- S.3.