Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Araşdırmalar göstərir
ki, T.Mirzabekyanın 1931-ci ildə yazdığı tərcümeyi-halı
"
Azərbaycan xalqının
böyük milli qəhrəmanı Nuru Paşanın dediklərini
elə Mirzabekyanın tərcümeyi-halındakılar təsdiq
edir. Daşnak yazır: "1905-ci ildə ermənilərə
qarşı qırğın başlayanda vətənim
Dağlıq Qarabağa qayıtdım..." Məgər
1905-ci ildə Bakı əhalisi ermənilərdən ibarət
idi? Soyqırım Azərbaycan türklərinə
qarşı idi. Məgər 1905-ci ildə Azərbaycanda
"Dağlıq Qarabağ" adlı ərazi vardı ki,
Mirzabekyanların vətəni olsun? Qarabağımızı
özlərin vətən yazan Mirzabekyanların
davamçısı
1931-ci ildə yazdığı tərcümeyi-halında
Mirzabekyan göstərir ki, 1906-cı ilin axırlarında
saxta pasportla Qarabağdan Bakıya gəlməyə məcbur
olmuşdur. Daşnaka saxta pasport düzəldib Bakıya səfərini
təşkil edənlər kimlər idi? Bakıda onları
kimlər gözləyirdi? 1905-ci il hadisələrindən
sonra Bakını bolşevikləşdirmək istəyən əcnəbilər,
gəlmə ermənilər və aldadılmış
özümüzünkülər. Tərcümeyi-halda
onların adları da sadalanır: Avatis Gevorkyan, Saak
Ter-Qabrielyan, Askanaz Mrpavyan, Levon Arustamov, Melik Melikyan, Minas Sərkisov,
Mişa Manuçarov, Petros Mnatsakyants, Baqrat Ovinyan, Tiqran və
Gerasim Musyan və başqaları. Qatı daşnak
özünü Azərbaycan tarixçilərinin gələcək
dissertasiyalarına məşhur inqilabçı kimi
salınması məqsədilə Mirbəşir Qasımov, Məşədi
bəy Əzizbəyov, Sultanməcid Əfəndiyev, Dadaş
Bünyadzadə, Həmid Sultanov, Bünyad Sərdarov, Bəhram
Ağayev və başqaları ilə yanaşı çəkir.
Mir Cəfər Bağırova qədər Azərbaycana rəhbərlik
edənlərdən hes kəs Mirzabekyandan
soruşmamışdır ki, ay məşhur
inqilabçı, adlarını çəkdiyin bolşeviklər
kimi nə üçün sən Azərbaycan kommunistlərinin
(bolşeviklərinin) birinci (gizli) qurultayının nümayəndəsi
seçilməmisən? 1906-cı ildə Qarabağdan saxta
pasportla gəlib Bakıda peyda olmuş çoxbilmiş
daşnak 1920-ci ilin fevralında Rusiya şəhərlərindən
və ya Zəngəzurdan Bakıya gizli şəkildə gələ
bilməzdi? Birinci qurultayın nümayəndələrindən
İvan Avanesov, Nikolay Kasparov, Levon Mirzoyan, Nerses Sərkisov, Sərkis
(Danilyan) Artyomoviç Anastas Mikoyanın
çağırışı ilə Azərbaycan Xalq
Cümhuriyyəti vaxtında Bakıya hansı yolla gəlib
çıxmışdı?
YERİ GƏLMİŞKƏN.
Tevadoros Konstantinoviç Mirzabekyanın daşnak əqidaşı,
Azərbaycan K(b)P-nin birinci (gizli) qurultayının nümayəndəsi
Sərkis (Danilyan) Azərbaycan sovetləşəndən sonra
AK(b)P Bakı Komitəsinin katibi olmuş, sonralar Voronejdə,
Moskvada yaşayıb işləmişdir. Azərbaycan
Respublikası İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində
HƏMİD SULTANOV - 1919-cu ilin
aprel ayında Rusiya Kommmunist (bolşeviklər)
Partiyasının ikinci konfransında Mikoyan yoldaş təklif
etdi ki, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası
timsalında müstəqil partiya yaradılsın. 1919-cu ildə
1 May Bayramı şüarlarında hansı məsələlərin
yer alması müəyyənləşdirildi. Hazırlanan
şüarlar arasında "Sovet Rusiyasına neftin verilməsi
təmin olunsun!", "İngilislər rədd olub getsinlər!",
"Sovet Rusiyası ilə müqavilə imzalansın!" və
b.k. şüarlar vardvı. Yadımdadır, bir
çoxları Mikoyan yoldaşın təklifi ilə
razılaşmayaraq, sosial-demokrat partiyasının olması ilə
kifayətlənirdilər. Yığıncaqların birində
Ağababa Yusifzadə və Dadaş Bünyadzadə həmin
mövqeni müdafiə etdilər.
SƏRKİSOV - Fevralın
axırları, ya da martın əvvəlləri idi, Mikoyan
yoldaş Bakıya gələndə mənim mənzilimdə
bir həftə qaldı. Sonra Kasparovgilə getdi. Anastasın gəlişi
ərəfəsində Vartapetovun mənzilində xırda bir
konfrans keçirildi və burada mənimlə birgə
Balaxanov, Afanasyev, Pleşşakov yoldaşlar da iştirak etdilər.
Konfransda əlli nəfərdən çox adam yox idi. Mikoyan
ikinci dəfə Bakıya gələndə Bakı Komitəsinin
tərkibi səsvermə yolu ilə dəyişildi. 1919-cu ildə
isə Tiflis ilə fikir ayrılığımız baş
verdi, nəticədə Bakı da,
Konfransdan qabaq biz "Hümmət"dən
necə istifadə edəcəyimizi müzakirə etdik. Həmin
məsələni Mikoyan qaldırmışdı. Buna dair məktub
da yazmışdı...
HƏMİD SULTANOV - Yox, elə
deyildir. Məktubu Viktor yazmışdı, Mikoyan onu lazımi
yerə çatdırmaq üçün aparmışdı.
Mikoyan Bakıda martın 10-11-də olmuşdu. Bu zaman o, Azərbaycanın
müstəqilliyinə dair Stalinin məktubundan xəbərdar
idi. 1919- ildə Bakı Bürosuna Jgenti, sonra da Naneyşvili rəhbərlik
edirdilər. Mikoyan qərargaha başçılıq edəndə
mən bu qərargahın üzvü idim, qiyama hazırlıq
Gimnaziya küçəsindəki 101 nömrəli evdə
hazırlanırdı.
Mikoyan Bakıdan
gedəndən
sonra qərargahın
sədri Viktor
Naneyşvili oldu.
Qərargahın üzvləri Dövlətov, Çiknaryov, Həmid
Sultanov, Mirzə Davud Hüseynov idilər. Bu mərkəzi qərargahdan
sonra Bakı Komitəsi yanında da qərargah təşkil
edilmişdi. Həmin qərargahın tərkibinə Yeqorov, Sərkisov,
Ağamirov daxil idilər.
Göründüyü
kimi, bolşeviklərlə
əlbir işləyən
daşnaklar Nəriman
Nərimanovun sədr
olduğu "Hümmət"
təşkilatından
ancaq və ancaq
Azərbaycan Xalq
Cümhuriyyətini
devirib, onun yerində
ermənilərdən
ibarət hakimiyyət
qurmaq istəyirdilər. Qafqazda
kələfin ucunu daşnaklara həvalə etmiş Leninə
yazdığı məktubunda və "Ucqarlarda
inqilabımızın tarixinə dair" Stalinə müraciətində
N.Nərimanov yazırdı: "Əziz Vladimir İliç!
Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz
Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın
istiqalaliyyətini tanımış, lakin eyni zamanda, Azərbaycanın
tamamilə mübahisəsiz ərazilərini Ermənistana
verir. Əgər bu ərazilər Gürcüstana verilmiş
olsaydı, əfkari ümumiyyə birtəhər mübarizə
aparmaq olardı. Lakin Ermənistana, daşnaklara vermək
düzəldilməsi mümkün olmayan, pis nəticələr
verə biləcək səhvdir. Əziz Vladimir İliç,
məgər "müstəqil Azərbaycan" sizin dilinizdən
çıxmamışdırmı? Axı məhz buna əsaslanaraq
biz Müsavatın qurduğunu məhv edə bildik".
Nəriman
Nərimanov Azərbaycanı
simalaşdırmaq,
daha doğrusu,
erməniləşdirmək
məqsədilə
daşnakların
hiyləgərcəsinə
hazırladıqları
çirkin planlarından
da danışır:
"Bu plan kimindir və necə plandır? Bütün
bunların müəllifi, onlardan daha ağıllı
olduğu üçün Mikoyan sayılır. Qeyd etdiyim kimi,
o, bir dəfə demişdi: "Biz Nərimanovu elə əhatə
edəcəyik ki, o, bizim təsirimiz altında olsun". Bunu
etmək üçün BEKA-nı öz əllərinə
almaq lazım idi. BEKA isə Azərbaycanda hər şey deməkdir.
Mikoyandan sonra BEKA-nın katibi Sərkis olur, Sərkisdən
sonra isə Mirzoyan. Çox güman ki, Mirzoyandan sonra Kasparov
olacaq və i.a." (Bax: Nəriman Nərimanov. Ucqarlarda
inqilabımızın tarixinə dair. (İ.V.Stalinə məktub)
Bakı. Azərbaycan Dövlət Nəşriyyat-Poliqrafiya
Birliyi. 1992. səh. 31, 62). Daşnakların Azərbaycanda
hakimiyyəti öz əllərində saxlaması
M.C.Bağırov rəhbərliyə gələnədək
davam etdi. Məlum olduğu kimi, Nəriman Nərimanovun
sağlığında Mikoyan və Sərkisdən sonra
Bakı Komitəsinin katibi olmuş Levon Mirzoyan Azərbaycan
K(b)P MK-nın katibi seçildi. Gikalo və Polonskidən sonra
Azərbaycanı erməniləşdirmək planının
müəllifi Mikoyan Serqo Orconokidzenin himayəsi ilə yenə
də daşnakı - Ruben Qriqoryeviç Rubenovu Azərbaycana
başçı etdi. Nəriman Nərimanovun siyasi fəaliyyətindən
ibrət dərsi almış M.C.Bağırov Azərbaycan
Xalq Cümhuriyyətinin müsavatçılıq ənənələrinə
sadiq qalaraq, daşnakların Azərbaycan
ağalığına son qoydu, həm Mərkəzi Komitənin,
həm də Bakı Komitəsinin katibi vəzifəsini
daşıdı. Nəticədə kadr siyasətində
möcüzəyəbənzər addımlar atıldı. O
zaman Kreml ermənipərəstlərinin, ilk növbədə
Mikoyanın ağlına gəlməzdi ki, Bağırov
BEKA-nı milliləşdirmək planını həyata
keçirəcəkdir. Məsələn, 1940-cı ildə
Bakı Partiya Komitəsinin təbliğat üzrə katibi vəzifəsinə
irəli çəkilmiş Süleyman Rəhimov bundan əvvəl
Azərbaycan Yazıçılır İttifaqının sədri
idi. Bir ildən sonra M.C.Bağırovun xeyir-duası ilə Azərbaycan
K(b)P MK-da təbliğat və təşviqat
şöbösinin müdir müavini vəzifəsinə irəli
çəkildi.
Azərbaycan
Respublikası Prezidenti İşlər
İdarəsi Siyasi
Sənədlər
Arxivində 1941-ci il
martın 9-da
M.C.Bağırovun
Süleyman Hüseyn
oğlu Rəhimov
haqqında imzaladığı
məktub və
Moskvaya göndərilən
xasiyyətnamə saxlanılır. Maraqlısı
bir də bundadır ki, məktubda Süleyman Rəhimovun
1937-ci ildə haqsız olaraq həbsə alınmasından da
söhbət gedir. Xasiyyətnamədə oxuyuruq: "S.Rəhimov
yoldaş 1933-cü ildən pedaqoji fəaliyyələ məşğul
olmuşdur. 1933-cü ildən 1937-ci ilədək rayon partiya
komitəsi şöbə müdiri vəzifəsində
çalışmış, Naxçıvan Muxtar Vilayəti
Şahbuz və Noraşen rayon partiya komitəsinin birinci kaitibi
işləmişdir. 1937-ci ilin dekabrında xalq düşmənlərinin
iftirasına görə XDİK orqanlarının
istintaqına cəlb olunmuşdur. 1938-ci ilin aprel ayında tam
bəraət almış və həbsdən
buraxılmışdır. 1938-ci ilin may ayından 1939-cu ilin
noyabrınadək Azərbaycan SSR Xalq Komissarları Soveti
yanında İncəsənət İşləri İdarəsinin
rəisi vəzifəsində
çalışmışdır".
Bakı
Partiya Komitəsinin
təbliğat
katibinin Süleyman
Rəhimovdan sonra
yenə erməni
deyil, azərbaycanlı,
üstəlik Cəbrayıl
rayonunun Soltanlı kəndində
doğulmuş Həsən
Məmməd
oğlu Həsənovun
sonralar Bakı Komitəsindən
Azərbaycan K(b)P
MK-nın təbliğat
üzrə katib vəzifəsinə
təsdiq olunması
haqqında da
məktub Kremldə
müsbət
həll edilmişdir.
Dünya daşnaklarının Kreml nümayəndəsi
Mikoyan Azərbaycan rəhbərinin əlindən zəncir
çeynəsə də, susmağa məcbur olmuşdur.
Çünki Kremldə M.C.Bağırovun köhnə və
sədaqətli dostu Lavrenti Beriya vardı.
(ardı var)
Teyyub
Qurban
Ekspress.-2011.-5-7
mart.-S.15.