Bu gün Milli Teatr Günüdür

 

Mədəniyyət və incəsənət xadimləri mükafatlandırılacaq

 

Mədəniyyət və incəsənət xadimlərinə "Zirvə" mükafatı təqdim olunacaq. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Zirvə" mükafatının sahibləri artıq məlumdur.

Mədəniyyət Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatı qaliblərinin təltif olunma mərasimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Gümüş maska" zalında baş tutacaq. Tədbirin hər il olduğu kimi, bu il də martın 10-da -Milli Teatr Günündə keçirilməsi planlaşdırılır.

"Zirvə" mükafatı 2007-ci ildə təsis olunub. Mükafat milli mədəniyyətin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət sahəsində xüsusi nailiyyətlər qazanaraq yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərə verilir.

 

 

Ekspress.-2011.- 10 mart.-S.23.